Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
26.05.2023 [12:48]
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 25-də YAP Xəzər rayon təşkilatı tədbir keçirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qəlbi daim Azərbaycan ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, həmçinin vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası regionun ən böyük, mütəşəkkil siyasi təşkilatlarından biridir.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu, zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev Azərbaycanı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev söyləyib ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ümummilli Liderin dini tolerantlıq məsələlərinə daim xüsusi diqqət göstərdiyini vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.
Partiya veteranı İsgəndər Mustafayev və YAP Xəzər rayon təşkilatının məsul əməkdaşı Nəzrin Bayramovanın çıxışlarında vurğulanıb ki, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Azərbaycan gənclərinin bir fərd, əsl vətəndaş kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.
Tədbir bədii hissə ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

