İqtisadi əlaqələrin inkişafına zəmin yaranır
30.05.2023 [14:47]
Azərbaycanın ikitərəfli münasibətlərin inkişafına verdiyi önəm Litva ilə əlaqələrində də özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan və Litva arasında münasibətlər hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yeni mərhələyə qədəm qoyub və hazırda bu əməkdaşlıq yeni prioritetlər üzrə inkişaf edir. Prezident İlham Əliyevin mayın 21-22 tarixlərində Litvaya rəsmi səfəri zamanı litvalı həmkarı Gitanas Nauseda, Baş nazir xanım İnqrida Şimonite ilə görüşləri, mühüm sənədlərin imzalanması və biznes forumun keçirilməsi, Prezidentlərin mətbuata birgə bəyanatları, ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir. Son bir ildə həyata keçirilmiş yüksək səviyyəli təmaslar - 2022-ci il mayın 17-19-da Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, 2023-cü il yanvarın 18-də Davosda keçirilmiş görüş və hazırkı rəsmi səfər iki ölkə arasında gücləndirilmiş siyasi dialoqun mühüm göstəriciləridir. Ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında möhkəm bazadır. Ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti xüsusi qeyd olundu. 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu. Görüşlərdə Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları da diqqətə çatdırıldı. Təbii ki, bu kimi mühüm məqamlar iki ölkənin münasibətlərinin yüksələn xətlə inkişafını nümayiş etdirir. Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verdi. Onu da qeyd edək ki, dövlət başçısı hər bir səfərində işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edir, Azərbaycanın sülhün və əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfələrini diqqətə çatdırır. Cənab İlham Əliyev Litva Prezidenti ilə mətbuata birgə bəyanatlarında bildirdi ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. “Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək” söyləyən dövlət başçısı bir daha bildirdi ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün səylər göstərir. Tarixi Zəfərimizdən sonra regionda yeni əməkdaşlıq formatlarının yaradılması üçün yeni imkanlar yaranıb. Litva səfəri çərçivəsində bu məsələlər geniş müzakirə edildi. Keçirilən biznes forumda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forum münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

