Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın növbəti uğuru

Azərbaycanın növbəti uğuru

31.05.2023 [12:45]

Məlum olduğu kimi cari ilin 25 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib. Dövlətimizin başçısı səfər çərçivəsində Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Cənab İlham Əliyevin belə bir tədbirə dəvət edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsindən, eyni zamanda dövlət başçımızın dünyanın ən nüfuzlu siyasətçilərindən biri olduğunun göstəricisidir.

Prezident İlham Əliyev öz çıxışında mühüm məqamlara toxundu, bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları diqqətə çatdırdı.

Dövlət başçımız çıxışında vurğuladı ki, Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını inkişaf etdirir. Ölkələr arasında iqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və münasibətlərin möhkəmlənməsi davam edir. Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə təkcə 2022-ci ildə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollar təşkil etdiyini, Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artdığını vurğulayan Prezident İlham Əliyev ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəşisməsində yerləşdiyini xatırladaraq qeyd etdi ki, bu vacib geostrateji amil və ölkəmizin durmadan inkişaf edən və yenilənən nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycanın Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olduğunu  bildirən cənab Ilham Əliyev  onu da qeyd etdi ki, on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

Təxminən dörd ildir Azərbaycanın 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bildirən dövlət başçımız Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olduğunu xatırlatdı. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Bütün bunlar Azərbaycan  tam iqtisadi müstəqilliyə nail olduğunun göstəricisidir.

Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı ölkə başçısı qeyd etdi ki, Ermənistanın baş naziri hələ də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə davam edir. Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar Ermənistan tərəfinin səsləndirdiyi ittihamlarına cavab olaraq cənab İlham Əliyev bildirdi ki, bu ittihamların  heç bir əsası yoxdur. Azərbaycanın bu cür iddiaları heç zaman olmayıb. Bu gün də yoxdur. Prezident cənab İlham Əliyev eyni zamanda Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanması iddialarına da  qətiyyətli formada cavab verib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Laçın-Xankəndi yolu açıqdır.

Cənab prezident çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi öz aktuallığını qoruduğunu və bu münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və süverenliyin qarşılıqlı şəkildə tanınması əsasında real imkanlar yaratdığını bildirdi. Prezident eyni zamanda qeyd etdi ki, Ermənistan hökumətinin son vaxtlar ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edən bəyanatlar səsləndirməsi bir qədər nikbinlik yaradır.

Beləliklə, Moskva görüşündə Prezident İlham Əliyevin əsaslı, faktlarla söylədiyi  cavablar qarşısında acız qalan Paşinyan növbəti uğursuzluq yaşadı. Moskva görüşü Azərbaycanın növbəti uğuru kimi yadda qaldı.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31