Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xalqımızı nicata aparan yol

Xalqımızı nicata aparan yol

14.06.2023 [11:46]

XX əsrin axırlarında Azərbaycanın çox ağır, müəkkəb və ziddiyyətli bir dövrü idi.  Xalq Cəbhəsinin hakimiyyəti dövründə ölkədə dərəbəyilik hökm sürür, özbaşınalıq, hərc-mərclik, satqınlıq baş alıb gedirdi. Bir-birinin ardınca baş verən hakimiyyət dəyişmələri, təsadüfi adamların, heç bir təcrübəsi və səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının nə olduğunu bilməyən quldur dəstə başçılarının hakimiyyətə yiyələnmələri, sonradan dövlət çevrilişi etmək cəhdləri, vəzifələrindən sui-istifadə edərək reket qaçaqmalçılıq, terror, adam oğurluğu kimi cinayətlər törətmələri ölkədə adi hala çevrilmişdi. Dəhşətlisi bir də bu idi ki, qısa bir müddət ərzində ölkənin varidatı sürətlə talan edilirdi. Bu dövrdə Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çapalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi.

Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb, yox olmaq təhlükəsi qarşısında qalmışdı. Cəbhə düşmənin üzünə açıq idi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ölkəmiz dünyanın siyasi xəritəsindən silinmək həddinə çatmışdı.

Azərbaycanın belə bir fəlakət anında xalqımızın yeganə ümid yeri, qurtuluş çırağı dahi şəxsiyyət Heydər Əliyev idi. Müdrik xalqımızın əksəriyyəti haqlı olaraq qəti və düzgün hərəkət edərək dünyanın bu böyük siyasət adamını Azərbaycanda yenidən hakimiyyətə gətirmək istəyirdi.

Ölkəmizin belə bir ağır dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvandan bütün Azərbaycan Respublikasının müstəqilliyi uğrunda əsl qurtuluş mücadiləsinə qalxmışdı. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasını böhrandan qurtarmaq üçün gördüyü əməli tədbirlər, yeni dövlət quruculuğu yolunda atılan uğurlu addımlar, həyata keçirdiyi nəhəng işlər onun nüfuzunun daha da artmasına səbəb olmuşdu. Azərbaycan xalqı çox yaxşı başa düşürdü ki, respublikanı bu ağır böhrandan ancaq təcrübəli siyasətçi, dövlət quruculuğu sahəsində böyük nüfuza və dərin siyasi dünyagörüşünə malik, müdrik şəxsiyyət Heydər Əliyev çıxara bilərdi. Ona olan güclü ümumxalq inamı və ümidi gündən-günə artırdı. Respublikamızın bu ağır günlərində vətənpərvər ziyalılar Naxçıvana görkəmli siyasətçi Heydər Əliyevin yanına gedərək ondan Azərbaycanı düşdüyü bəlalardan xilas etməyi xahiş edirdilər.

Bütün bunlardan ehtiyat edən o vaxtkı Azərbaycan iqtidarı Heydər Əliyevin prezidentliyə namizədliyinə süni maneəçilik törətmək məqsədilə Konstitusiyada prezidentlik üçün yaş məhdudiyyəti məsələsini ortaya atmışdı. Məqsəd aydın idi. İqtidar, xalqa yad olanlar bütün qüvvələrini səfərbər etdilər ki, Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəlməsin. Onlar Heydər Əliyevə böhtanlar, iftiralar ataraq onu ləkələməyə, xalqın gözündən salmağa, hətta həyatına qəsd etməyə çalışırdılar. Bütün bu təzyiqlərə, hədə-qorxulara baxmayaraq, xalqın ürəyindən Heydər Əliyev sevgisini çıxara bilmədilər.

1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il oldu. Hakimiyyət daxilində baş verən qarşıdurmalar 1993-cü ilin iyun ayında Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, bütün güc nazirliklərinin rəhbərləri istefaya göndərilmişdi, ölkə heç bir qurum və ya şəxs tərəfindən idarə olunmurdu. Nəticədə Azərbaycan dövlətçiliyi ən ağır böhran və dağılma təhlükəsi ilə üzləşmişdi, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdırılmışdı. Cəmiyyət hər şeydən əvvəl milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.  Belə bir mürəkkəb vəziyyətdə iflasa uğradıqları ilə barışmalı olan iqtidar da vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdü. Ulu Öndər Heydər Əliyev həmin dövrü belə xatırlayırdı: “Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o  vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə mürqaciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalılar oldu. Onlar məni  yenidən Bakıya dəvət etdilər”.

Xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. 1993-cü ilin iyun ayının 15-də böyük siyasətçi Heydər Əliyev Azərbaycan Respublikası Ali sovetinə sədr seçildi. İyunun 23-də isə bu görkəmli şəxsiyyətə Azərbaycan Ali Soveti tərəfindən respublika prezidentinin səlahiyyətlərini həyata keçirmək həvalə olundu. Həmin ilin oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyəti dahi şəxsiyyət Heydər Əliyevə səs verərək onu ölkənin prezidenti seçdi. Prezident Heydər Əliyevin rəhbərliyi altında qısa bir müddət ərzində aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün əlverişli şərait yaradıldı.

Azərbaycan Respublikasının Milli Məclisi xalqımızın yüz minlərlə nümayəndələrinin müraciətini nəzərə alaraq 1997-ci ilin iyun ayının 27-də qəbul etdiyi qərarı ilə Heydər Əliyevin Hakimiyyətə qayıdışını Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək, 15 iyun gününü Milli Qurtuluş Günü elan etmişdir.

Ümummilli Liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gəldiyi gündən Azərbaycan ayağa qalxdı, müstəqil dövlət kimi tanınmağa başladı. Ömrünü xalqa, doğma vətəninə həsr edən Heydər Əliyev kimi dahi insan Allahın, Ulu Tanrının Azərbaycan xalqına ən böyük töhfəsi idi. Onun qüdrətli xarakterini tam əhatə edən qiyməti yalnız böyük Vətəni – xalqı verə bilər. Təsadüfi demirlər ki, Heydər Əliyev xalq – xalq Heydər Əliyevdir.

Bu gün müasir Azərbaycan dayanmadan inkişaf edir. Müdrik xalqımız Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün hər birimiz dahi xilaskar Heydər Əliyevə borcluyuq. Ulu Öndər Heydər Əliyevin yaratdığı tarixi ənənələr Azərbaycanın qüdrətli prezidenti İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam və inkişaf etdirilir.

Ülvi Fərzəliyev,

YAP Neftçala rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31