Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrində yeni üfüqlər açılır

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrində yeni üfüqlər açılır

20.09.2023 [14:17]

Danılmaz həqiqətdir ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Bu, dövlət başçımızın 20 il ərzində bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bu baxımdan sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana işgüzar səfəri də bunu bir daha təsdiqləyir.
Xüsusilə, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur. Təsadüfi deyil ki, son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə doqquz dəfə səfər edib. Dövlətimizin başçısının toplantıda dediyi kimi, ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Prezident, həmçinin vurğuladı ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur. Bir çox dövlətlər Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər. Bütün bu reallıqlar Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Ümumiyyətlə, son illər ölkəmizin çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə, Zirvə toplantılarına dəvət olunması mütəmadi hal alıb. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin şəxsiyyətinə olan inamın, onun yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın coğrafi mövqeyinin və regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir.
Eyni zamanda, bu gün Azərbaycan və Tacikstan arasında tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Azərbaycanla Tacikistan arasındakı mövcud qardaşlıqlı münasibətlərinin uğurlu inkişafı ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur. Həmin dövrdə Azərbaycan və Tacikistan ağır çətinliklərlə üzləşmişdi, hər iki dövlətdə ictimai-siyasi sabitlik pozulmuş və vətəndaş müharibəsi gedirdi. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun böyük liderlik bacarığı nəticəsində ölkələrimiz çətinlikləri arxada qoyaraq inkişaf yoluna çıxdı və bu gün Azərbaycan və Tacikistan dünyanın ən sabit ölkələrindəndirlər. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələr üzrə dinamik şəkildə inkişaf edir. Düşənbə Sammitində çıxış edən dövlət başçımız bu məqamları bir daha vurğuladı və bildirdi ki, ölkələrimizin otuz ildən artıq müddətdə müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyəti, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmələri, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmələri səmərəli əməkdaşlığın siyasi göstəriciləridir.
Dövlət başçısı bu xatırlatmanı da etməklə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirdi. Belə ki, son iki ildə Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etdiyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək. Azərbaycan və Tacikistan Prezidentlərinin təkbətək görüşündə, həmçinin cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı səsləndirilən fikirlər ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə baxmağa əsas verir. Eyni zamanda, bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri üçün tiranzit rolunu oynayır. Cənab Pezidentin dediyi kimi, daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. “Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır”, – deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev çıxışında bir daha Mərkəzi Asiya ölkələri üçün perspektivli layihələri xatırladıb: “Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır”.
Beləliklə, Prezident İlham Əliyevin Düşənbəyə bu səfəri  Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı ilə yanaşı, ölkəmizin dünya miqyasında rolunun və əhəmiyyətinin daha da artmasına öz töhfəsini verəcək.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31