/ / Qazaxda “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı – 20 il ” mövzusunda tədbir keçirildi
Qazaxda “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı – 20 il ” mövzusunda tədbir keçirildi
13.10.2023 [16:09]
2023-cü il oktyabr ayının 13-də Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə Möhtərəm Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı – 20 il” mövzusunda tədbiri keçirildi.
Tədbir YAP Qazax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlandı.
Dövlət Himninin səsləndirililməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək bidirdi ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində müdrik xalqımız doğru - düzgün seçim edərək Heydər Əliyev siyasi kursuna, haqqa - ədalətə, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyinə, ən layiqli namizədə - İlham Əliyev cənablarına səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin - amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ötən 20 il ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü liderlik keyfiyyətləri sayəsində ölkəmiz böyük tarixi qələbələr, uğurlar, nailiyyətlər qazandı.
Rayon təşkilatının sədri Möhtərəm Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, 30 ilə yaxın bir müddətdə pozulmuş ərazi bütövlüyümüzün təmin olunmasından, qazanılan möhtəşəm Zəfərdən, suverenliyimizin bərpasından geniş bəhs etdi və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına rayon təşkilatının üzvləri adından müstəqil Azərbaycanın xoş - firavan gələcəyi naminə uğurlar arzuladı.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi Zəfərindən və onun yaratdığı reallıqlardan geniş danışdı. Qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 20 il ərzində qazanılan bütün uğurlar böyük səylərin, qətiyyətin, ən əsası möhkəm təmələ əsaslanan və gələcəyə hesablanmış siyasətin nəticəsində mümkün olmuşdur. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyəti cənab İlham Əliyevi dəstəkləməklə Heydər Əliyev siyasətinin davamına səs verdi və bununla da öz xoşbəxt gələcəyini təmin etmiş oldu. Bu gün hər bir azərbaycanlı dövlət başçısı cənab İlham Əliyevin ona olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir və Prezidentimizin ətrafında bir yumruq kimi birləşərək yeni - yeni möhtəşəm uğurlara doğru inamla addımlayır. Bu gün müasir Azərbaycan məhz, Ulu Öndər Heydər Əliyevin görmək istədiyi işğalsız, suveren, qüdrətli Azərbaycandır.
Tədbirdə BDU Qazax filialının müəllimi Türkan Carçıyeva, YAP Qazax rayon təşkilatının məsləhətçisi Polad Ağakişiyev, Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, ərazi partiya təşkilatının sədr müavini Şəhadət Abbasov çıxış edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 20 il ərzində çoxşaxəli fəaliyyətindən, onun rəhbərliyi altında əldə olunan nailiyyətlərdən, qazanılan uğurlardan, möhtəşəm qələbələrdən ətraflı danışdılar. AYB-nin üzvü, şair Rüfət Axundlu, partiya fəalı şair Kazım Kazımlı Prezidentimizə həsr etdikləri şeirlərini söylədilər. Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri müxtəlif ədəbi - bədii kompozisiyalarla çıxış etdilər.
Tədbirin sonunda rayonun ictimai - siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupu YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olundular. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

