/ / 44 günlük İkinci Qarabağ Müharibəsi dövlətçilik tariximizin qələbə zirvəsi və şanlı tariximizdir
44 günlük İkinci Qarabağ Müharibəsi dövlətçilik tariximizin qələbə zirvəsi və şanlı tariximizdir
06.11.2023 [12:37]
Azərbaycan 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsində qələbə qazanaraq Ermənistanı məğlub etdi və işğala son qoydu. 44 günün hər günü bizim şanlı tariximizdir, çünki bizim ordumuz hər gün irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Biz yalnız bir amalla vuruşurduq ki, işğala və uzun illər davam edən haqsızlığa son qoyaq. Bu gün qürur hissi ilə deyə bilərik ki, biz öz istədiyimizə nail olduq, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarix yazdı, güclü liderin qətiyyətli mövqeyi və siyasəti, xalqın dəstəyi sayəsində bənzərsiz nailiyyətə imza atıldı. Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə milli qürur və ləyaqətin bərpasına, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu. Bu gün müqəddəs Azərbaycan Bayrağı mədəniyyət beşiyimiz olan Şuşada, füsünkar təbiətə malik Kəlbəcərdə, Laçında, gözəl şəhərimiz Xankəndidə, eləcə də Qarabağın və Şərqi Zəngəzurun digər ərazilərində vüqarla dalğalanır.
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti hələ 1980-cı illərin sonlarından başlamış, 1990-cı illərin əvvəllərində isə artan işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuş və 30 ilə yaxın müddət ərzində Azərbaycan əraziləri işğal altında qalmışdı. 1980-ci illərin sonlarında Zəngəzur, Göyçə, İrəvan mahalı kimi tarixi torpaqlarımızdan yüz minlərlə azərbaycanlı didərgin salınmışdır. Bu mənzərə daha sonra Dağlıq Qarabağda müşahidə olundu və düşmən dinc əhalimizə qarşı hərbi cinayətlər törətmişdir.
Son illər ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları müharibəni qaçınılmaz etmişdi. “Qarabağ Ermənistandır” deməklə Ermənistan rəhbərliyi danışıqlıqlara son qoymuş və xaricdən gələn ermənilərin Qarabağda məskunlaşdırılması ilə növbəti hərbi cinayət törətmişdir.
Azərbaycan uzun illər beynəlxalq tədbirlərdə Qarabağın tarixi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmış və apardığımız siyasi-diplomatik səylər öz bəhrəsini vermişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar bizim haqq işimizi dəstəkləmiş və beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaranmışdır. Lakin son illər dünyada gedən proseslər onu göstərdi ki, beynəlxalq hüquq kobudcasına pozulur, bəzi ölkələr güc tətbiq edərək, öz məqsədlərinə çatırlar. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçınılmaz idi.
2020-ci ilin sentyabrın 27-də kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı və mülki şəxslər, hərbiçilər arasında itkilərimiz oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan əsgərinə işğal altında olan torpaqlarımızın azad edilməsi və işğala son qoyulması haqqında əmr verdi. Azərbaycan cəmi 44 gün ərzində öz gücünə tarixi ədaləti bərpa etdi. Baxmayaraq ki, Dağlıq Qarabağın ərazisinin coğrai relyefi düşmən üçün daha əlverişli idi, lakin əsgər və zabitlərimiz qəhrəmanlıq, şücaət göstərərək, şərəfli missiyanı yerinə yetirdilər və torpaqlarımız düşmən tapdağından azad olundu. Cəbrayıl, Füzuli, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi döyüş meydanında düşməndən təmizləndi və müqəddəs şanlı Azərbaycan bayrağı orada dalğalandırıldı. Noyabrın 8-də Şuşa şəhəri düşməndən azad edildi və bununla da Ermənistan təslim olmağa məcbur edildi. Şuşanın azad edilməsi olduqca mühüm tarixi hadisə idi. Qəhrəman övladlarımız Şuşanı dağlardan, dərələrdən, qayalardan keçərək, əlbəyaxa döyüşdə azad etdilər. Şuşanın 30 ilə yaxın hərbi-siyasi əsarətdən xilas edilməsi ayrıca qəhrəmanlıq dastanıdır. Daha sonra daha 70 kənd azad edildi və Ermənistan ağ bayraq qaldıraraq, diz şökdü. Beləliklə, biz Ermənistanı döyüş meydanında məhv etdik. Uzun illər dillər əzbəri olan güclü Ermənistan ordusu haqqındakı mif darmadağın edildi. Noyabrın 10-da Ermənistan məcbur qalaraq, kapitulyasiya aktına imza atdı. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu özü də onu sübut edir ki, biz həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbə qazandıq. Münaqişə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi ərazilərimiz düşmən tərəfindən hədəfə alınmış, mülki şəxslər şəhid edilmişdir. Müharibə qanunları kobud şəkildə pozularaq, insanlıq ayaqlar altına alınmışdır.
Bu il sentyabrın 19-20-də isə torpaqlarımızın qalan hissəsi uğurlu antiterror tədbirləri ilə 24 saatdan da az müddətdə düşməndən təmizləndi və azadlığa qovuşdu. Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu.
İndi bizim üçün tamamilə yeni dövr – quruculuq dövrü başlayıb. Ermənistan işğal edilmiş bütün torpaqlarımızı yerlə-yeksan edib, bütün binalar, tarixi abidələr, məzarlıqlar dağıdılıb. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Şəhidlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Qarabağ Ana Vətəninə qovuşub və otuz illik həsrət sona çatmışdır.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

