Bayraq çox ciddi siyasi, ideoloji və mənəvi simvoldur
07.11.2023 [10:41]
Azərbaycan xalqı müdrikliyi, müstəqil olmaq istəyi, dövlətçilik ənənələri, qurub-yaratmaq təşəbbüsü, sivil yaşam tərzi, həmçinin zəngin mədəniyyəti,ədəbiyyatı ilə dünya tarixində özünəməxsus yer tutur. Tarixin bəlli dövrlərindən bu günə kimi, mənbəyindən asılı olmayaraq xalqımız haqqında rast gəlinən bütün məlumatlarda yalnız onun qəhrəmanlığından, azadlıq mübarizəsindən, sahib olduğu dövlətlərin qüdrətindən söz açılır. Xalqımızın müdrikliyi də məhz ondadır ki, tarixdə hər zaman müsbət izlər qoyub. Ucaltdığı bayrağın ətrafında birləşən insanlar ədalətli, humanist, güclü bir dövlətin nümayəndələri olublar. Müəyyən dövrlərdə işğala, təcavüzə məruz qalsalar da, şərəfli mübarizə aparıblar, azadlıqları uğrunda mücadilədən geri çəkilməyiblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təstiq edilmişdir. 1991-ci ilin fevralın 5-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin vəsadətini qəbul edərək Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən , hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur və ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim
vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bayraq haqqında demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında qeyd edirdi ki, bizim bayrağımız Qarabağın hər bir guşəsində, hər şəhər və rayonumuzda, o cümlədən Şuşada dalğalanacaqdır. Elə də oldu! Bu gün artıq xalqımız qəhrəman xalq olaraq fəxrlə həmin günləri yaşayır və bundan sonra da üçrəngli bayrağımız bütöv Azərbaycanın hər bir bölgəsində əbədi olaraq qürurla dalğalanacaqdır.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

