Üçrəngli Bayrağımız canımızdır, ürəyimizdir!
13.11.2023 [13:42]
Milyonların sevimlisi olan üçrəngli müqəddəs Azərbaycan Bayrağı hər birimizin qürur mənbəyi, and yerimizdir. Bu müqəddəs bayraq uğrunda himnimizdə də deyildiyi kimi, minlərlə can qurban olub. İkinci Qarabağ müharibəsi də xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, bayraq ətrafında necə sıx birləşməyi bir daha göstərdi. Mübariz xalqımızın vətəndaşları 44 günlük müharibə dövründə öz evlərini, avtomobillərini üçrəngli Azərbaycan bayrağına bürüdü. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli, müzəffər Azərbaycan ordusunda xidmət edən hər bir əsgər və zabitin arzusu ancaq və ancaq azad olunmuş torpaqlarımıza yenidən Azərbaycan bayrağını sancmaq oldu. Vətən müharibəsində Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amilinə çevrildi .
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin qarşısında duran ən əsas vəzifələrdən biri də bayrağın təsis edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verildi. Həmin qərara görə Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edildi. Nəzərə çatdıraq ki, qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi. 1918-ci il 15 sentyabrda Nuru Paşanın başçılıq etdiyi Türk - İslam Ordusu Bakını düşmənlərdən azad etdikdən qısa müddət sonra - 1918-ci il noyabrın 9-da hökumət tərəfindən göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan milli bayraq qəbul edildi. 1920-ci ildə çar Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirən bolşeviklər AXC-ni süquta uğratdıqdan sonra üçrəngli Azərbaycan bayrağı işğalçılar tərəfindən dəyişdirildi. Lakin bayrağımız enmədi, əksinə daha da ucalarda dalğalandı.
Hələ Sovet İmperiyası mövcud olduğu bir vaxtda 1990-cı il noyabrın 17-də üçrəngli Azərbaycan bayrağı 70 ildən sonra ilk dəfə öz qətiyyəti və iradəsi ilə azərbaycançılıq ideyalarını, məfkurəsini hər şeydən üstün tutan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin iclasında qaldırıldı. Üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olundu.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Qeyd edək ki, Azərbaycan bayrağının ideya müəllifi görkəmli şəxsiyyət Əli Bəy Hüseynzadədir.
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin... Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”
Bəli, Möhtərəm Prezidentimizin dediyi hər bir söz kimi, bu fikri də real həyatda öz təsdiqini tapdı. İndi üçrəngli bayrağımız doğma Qarabağımızda, Xankəndidə, Şuşada, işğaldan azad olunmuş bütün ərazilərimizdə əzəmətlə dalğalanır.
Əbədi olaraq yüksəklərdə dalğalan, Bayrağım! Bizlərin əsas vəzifəsi isə bayrağımızın daim ucalarda dalğalanması üçün Möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşmək və növbəti hədəflərimizə çatmaq üçün əməli işlərimizlə, yüksək fəallığımızla bu haqq yolunda öz töhfəmizi verməkdən ibarətdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

