Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi

İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi

16.11.2023 [09:48]

Vüsal Hüseynov-YAP Xocavənd rayon təşkilatının sədri

Sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin edərək, tarixi ədaləti bərpa edə bildi. Silahlı Qüvvələrimiz işğal edilmiş əraziləri düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qəti və dönməz iradəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərar qəbul edildi. Sözsüz ki, bu tarixi qələbə şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb.

Eyni zamanda, 44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində müharibədə qələbə əldə etdik. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır və bu gerçəkliyi heç kəs poza bilməz. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Yeri gəlmişkən, son bir neçə ilin statistika­sına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi. Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, – deyə vurğulayıb. Xatırladaq ki, Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.

Qarabağın azad olunmasından narazı olan qüvvələr sözsüz ki, aparılan təmir bərpa işlərini görüb daha da narahat olur,  tarixə zidd və heç bir əsası olmayan iddialar irəli sürürlər. Onlar sadəcə əsl gerçəklikləri görməzdən gəlib həqiqəti gizlətməyə çalışırlar. Görünən dağa bələdçi lazım deyil. Elə 44 günlük müharibə dövründə heç bir beynəlxalq hüquq normalarını və qəbul edilmiş beynəlxalq konvensiyaları nəzərə almayan erməni vəhşiləri Gəncədə, Bərdədə, Tərtərdə törətdiyi insanlığa sığmayan cinayətlər buna əyani misaldır. Eyni zamanda tarixi Azərbaycan ərazilərində törədilən vəhşiliklər ermənilərin özləri barədə uydurduqları “qədim və mədəni xalq” mifinin üstündən birdəfəlik xətt çəkir. Sivilizasiyadan az-çox xəbəri olan bir xalq heç vaxt qonşularının yaratdığı mədəniyyətə sahiblik iddiaları irəli sürməz və onu dağıtmağa cəhd etməz. Lakin Azərbaycan tərəfi daima öz açıq mövqeyini bildirərək, layiqli cavabını aşkaranə sərgiləyir. Artıq düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb, bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq əsas infrastruktur layihələri sürətlə reallaşdırılır. Ağalı kəndinə növbəli olaraq köçkünlərimizin qayıdışı bir daha sübut etdi ki, heç bir qüvvə bizi yolumuzdan döndərə bilməyəcək. Xüsusilə vurğulanmalıdır ki, 44 gün ərzində cəbhədəki şanlı qələbəmizlə yanaşı Azərbaycan xalqı informasiya cəbhəsində də üstünlüyü əlinə aldı. Xalqımız gerçəkləri dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsində də qalib gəldi. Bu qalibiyyətin başında da Ali Baş Komandan dururdu. İlham Əliyevin müzəffər ordumuzun uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsini dünya birliyinə və mediasına çatdırdı. Amma ən əsası tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət siyasəti, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaq. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də,qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə-neçə qəhrəman oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik.Və ən əsası unudulan tarix bir daha təkrarlanır fikri də  daim yaddaşımızda həkk olunmalıdır. Sonda  Azərbaycanın şanlı qələbəsini öz canları və qanları ilə yazan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza sağlıq diləyirik.

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30