Ulu Öndərin həyat və fəaliyyəti hər bir gənc üçün nümunədir
16.11.2023 [18:26]
YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib
Salyan rayonunda “Heydər Əliyev İli” çərçivəsində noyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə partiyanın Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Sonra Heydər Əliyev Mərkəzində təşkil olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, rayonun incəsənət ustalarının ifasında musiqi nömrələri dinlənilib.
Salyan rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən E.Əhmədov vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyətin əbədiyaşar ideyalarının yeni nəslə təşviq edilməsidir. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsindən danışıb. Bildirib ki, həyatımızın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, hümanitar sahələr üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Vurğulayıb ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Qeyd edib ki, tarixi Zəfər digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran nəticəsidir.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə olan inamının, ümidinin tarixin yeni mərhələlərində özünü tam doğrultduğunu qeyd edən A.Rəhimzadə ölkə Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib: “44 günlük Vətən müharibəsində tarixi qələbə göstərdi ki, bu nəsil Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edərlər”.
YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən M.Mərdanov vurğulayıb ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra gənclərin sualları cavablandırılıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

