Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihə həyata keçirilir

“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihə həyata keçirilir

06.12.2023 [14:30]

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihənin ikinci günü uğurla keçirilib.

Layihənin ikinci günündə Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının tələbələri və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak ediblər.

Layihənin keçirilməsində məqsəd “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsilə öyrədilməsidir.

Layihənin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov gənclərə Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətləri, Ulu Öndərin həyatı və siyasi görüşləri ilə bağlı maraqlı faktlar barədə məlumat verib.

Sonda gənclərin sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31