Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rabitə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

Rabitə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

06.12.2023 [17:33]

6 dekabr Rabitə işçilərinin peşə bayramı münasibətilə Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi 4 ünvanında tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki,  bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Araz Xudadanov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyev əldə etdiyi tarixi zəfərlərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.

Çıxış edən ərazi partiya təşkilatının sədri Sübhan Məmmədov qeyd etdi ki, dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilib. Görülən işlərin nəticəsi olaraq ölkə əhalisinin 90 faizdən çoxu internet istifadəçisidir. 

Daha sonra partiya fəalları Fatma Məmmədova, Ceyhun Ələkbərov, Yasin Fərzəliyev bildiriblər ki,  Azərbaycanda rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilmişdi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. 

Sonda bir qrup partiya fəalı Fəxri Fərmanlarla təltif olunub.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31