Tarixi ədalətə söykənən müstəqil siyasətimiz
05.01.2024 [16:24]
Yeni ilə qədəm qoyarkən ötən ildə keçilən yolun təhlili bir zərurətə çevrilir. Görülən işlərin təhlili əsasında yeni hədəflər müəyyənləşdirilir və onların icrası üçün yol xəritəsi təqdim edilir. 2023-cü il tariximizə “Heydər Əliyev İli” kimi yazıldı. Bu ildə uğurlarımızın miqyasının daha da geniş olduğu diqqətdən kənarda qalmadı. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması idi. 2023-cü il bu mühüm hadisə ilə diqqətdə oldu.
Dövlət başçısı İlham Əliyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu məqamı xüsusi qeyd etdi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını çox yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.
Cənab İlham Əliyev onu da vurğuladı ki, üç il bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq: “Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.”
Təbii ki, ölkəmiz bu vəziyyətlə barışa bilməzdi. Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19 sentyabr tarixində həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Prezident İlham Əliyev müraciətində ötən ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini önə çəkərək xalqımızın yaddaşında əbədi qalacaq bu mühüm hadisələri belə xarakterizə etdi: “Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.”
Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları müasir müstəqil, qalib Azərbaycanla qürur duyur. Artıq dörd ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili xoş ovqatda qeyd edirik. Torpaqlarımız tarixi sahibinə qovuşub, bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız öz döğma yurd-yuvalarına qayıdışlarından sevinclidirlər. Bu qayıdış davamlılığı ilə diqqətdədir. Təbii ki, bərpa-quruculuq işlərinin sürəti bu prosesi daha da tezləşdirir. Cənab İlham Əliyev müraciətində “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir” söyləyərək onu da əlavə etdi ki, şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. 28 May- Müstəqillik Günündə Laçında böyük bayram günü idi: “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.”
Tariximizin zəfər səhifələrinin zənginləşməsində birliyimiz, həmrəyliyimiz öz sözünü deyir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın 2022-ci ildə Qarabağın tacı Şuşada bir araya gələrək Zəfər Qurultayının keçirilməsi bütün bu məqamlara işıq salmışdı. Dövlət başçısı İlham Əliyev müraciətində böyük inamla qeyd etdi ki, tarixi Zəfərimiz, İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.
Birliyimiz, həmrəyliyimiz 2024-cü ilin hədəflərinin də reallığa çevrilməsində öz sözünü deyəcək. Azərbaycan nəinki hər ili, hər günü tarixinə uğur səhifəsi kimi yazır. Buna əsas verən tarixi ədalətə söykənən müstəqil siyasətimizdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

