Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək
29.02.2024 [16:40]
Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərininə səfər edib. Səfər çərçivəsində Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki : “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə Memorial Kompleksin təməli qoyulacaq”.
“Həm İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Rəşadətli ordumuz Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi.”- deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb. Həm 2020-ci ildə, həm də keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır. Bunu hər kəs bilir və heç kim ölkəmizə heç bir irad tuta bilmir.
Dövlətimizin başçısı Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyini, heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacağını bildirib. Eyni zamanda Xocalı faciəsinin acı həqiqətlərindən bəhs edərək xatırladıb ki, “Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir”.
Prezident İlham Əliyev çıxışında Azərbaycan dövlətinin, dövlət qurumlarının, eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların, bizim ictimai təşkilatlarımızın və onların arasında Heydər Əliyev Fondunun Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdiyini , Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyasının dünyanın müxtəlif yerlərində özünü göstərdiyini, bir çox tədbirlər, təqdimatlar həyata keçirdiyini, kitablar, məqalələr dərc etdiyini vurğulayıb.
Dövlət başçısının “Mən bilirəm ki, siz xocalılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki sizdə bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. 5 ay əvvəl antiterror əməliyyatları nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər-hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı.” - səsləndirdiyi fikirlər “nəyi, nə vaxt edəcəyini çox gözəl bilir” prinsipinin bir daha təzahürü idi.
Görüş zamanı ölkə başçısı görülmüş və qarşıda həyata keçiriləcək planlardan bəhs edib. Cənab Prezident artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtdıqlarını, bu il yeni yaşayış məntəqələrinin sayının 20-yə çatacağını bildirib.
Prezident İlham Əliyev çıxışında “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.” deməklə Ermənistan və onun havadarlarına ciddi mesaj göndərib.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

