31 mart soyqırımı - azərbaycanlılara qarşı yönəlmiş qəddar siyasət
29.03.2024 [11:23]
Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırım aktları ilə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün və tədqiqat işləri hələ də davam etdirildiyisəbəbindən erməni cinayətlərinintam mənzərəsi formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir.
Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılırdı.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdığı hərbi cinayətlərin nəticəsi olaraq minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı.
Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
31 mart soyqırımı bəşəriyyət tarixində bir faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Xüsusilə də İkinci Qarabağ-Vətən Müharibəsində Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin tapşırığını yerinə yetirən müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları xalqımıza qarşı törədilmiş vəhşiliklərin, soyqırımların qisasını aldı.
Bu hadisələr qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcək, Azərbaycan tarixində əbədi qalacaqdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

