31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
29.03.2024 [13:31]
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda anım tədbiri keçirilib.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Tarixi həqiqətləri obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq, xarici dövlətlərdə yaşayanları məlumatlandırmaq məqsədi daşıyan muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir, gənclərin vətənpərvər ruhda tərbiyəsi, onlarda düşmənə qarşı nifrət hislərinin aşılanması istiqamətində böyük əhəmiyyət kəsb edir. Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji mübarizə daha effektiv xarakter almışdır. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mühüm və əhəmiyyətli işlər, irimiqyaslı layihələr həyata keçirilir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” aksiyaları bu soyqırımı barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət kəsb edib.
Muzeylə tanışlıqdan əvvəl Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxılıb.
Daha sonra gənclər Mart - Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Nəsimi rayon ictimaiyyəti və gəncləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı muzeyində olublar.
Ekskursiya zamanı bələdçi bildirib ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

