Əməkdaşlıq üçün perspektivlər
06.04.2024 [12:21]
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər tarixi səfərdir. Ölkə başçısı bildirdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Azərbaycanın təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilmişdir. Belə ki, məhz Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması üzv ölkələrin marağındadır. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur və bu gün də bu belədir. Ölkəmizin xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır.
Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, BMT və Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin mövcud əməkdaşlıq əlaqələri inkişaf etdiriləcəkdir. Azərbaycan və Konqo bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcəklər. Bundan əlavə, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. İlk növbədə bura kənd təsərrüfatı sahəsi daxildir. Həmçinin bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var.
Konqo Respublikasının Prezidenti Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasında yeni səhifə açır və iki ölkə arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri zamanı Azərbaycan-Konqo sənədləri imzalanmışdır. Belə ki, “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, eləcə də “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı” adlı sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın perspektivlərini müəyyən edəcəkdir. “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” çox önəmli bir sənəddir və münasibətlərin təməlini təşkil edəcəkdir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

