Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Formula 1 / Formula 1: 5+1

Formula 1: 5+1

21.04.2022 [10:13]

“F1 qayıdır: trekə və tribunaya!”

MÜŞFİQƏ

“Formula 1” Azərbaycan Qran-Prisinin başlamasına 2 aydan az vaxt qalıb. Yarış iyunun 12-də saat 15:00-da başlayacaq. İyunun 10-12-də keçiriləcək mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadacaq. Yarışın şüarı “F1 qayıdır: trekə və tribunaya!” adlanır.

Xatırladaq ki, dünyada ən çox izləyici toplayan idman yarışına paytaxtımız ilk dəfə 2016-cı ilin dekabrında ev sahibliyi etmişdi. Bu illər ərzində Bakıda keçirilən “Formula1” izləyicilərinə sürət, həyəcan və adrenalin dolu əyləncə bəxş etmişdi. Dünyanın dörd bir yanından on minlərlə həvəskar bu yarışı izləmək üçün Bakıya qonaq gəlmişdi. 2020-ci ildə koronavirus pandemiyasına görə ləğv olunan yarış 2021-ci ildə azarkeşsiz gerçəkləşmişdi.

Yarışlar nə vaxta kimi keçiriləcək?

10 illik bağlanan müqaviləyə əsasən, Azərbaycanda “Formula1” yarışları 5 il keçirilməli idi. Növbəti 5 ildə isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilərdi.

Əsasnaməyə görə, 2023-cü ilə qədər keçirilməsi planlaşdırılan Bakı Qran-Prisi ötən il COVID-19 pandemiyası ilə əlaqədar təxirə salındı.

“Formula1” Azərbaycan Qran-Prisinin mətbuat katibi Turab Teymurov mətbuata açıqlamasında bildirib ki, “Formula1” Azərbaycan Qran-risinin keçirilməsinə dair müqavilə müddəti 2024-cü ilə kimi uzadılıb.

İlk bileti Türkiyə vətəndaşı alıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) qəzetimizə verilən məlumata görə, biletlərin qiyməti yerli azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. 2020-ci il yarışı təxirə salındığına görə azarkeşlər biletlərini 2022-ci il biletlərinə dəyişmək imkanı əldə edir.

Fevralın 22-dən satışa çıxarılan “Formula1” Azərbaycan Qran-Prisinə ilk bileti Türkiyə vətəndaşı alıb. Qeyd olunub ki, biletlər daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları tərəfindən əldə edilir. Eləcə də ABŞ, Böyük Britaniya, İspaniya, Niderland, Danimarka, Fransa, Norveç və sair ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edirlər. Tamaşaçılar daha çox tribuna (grandstand) zonasına maraq göstərirlər.

Tamaşaçıların təhlükəsizliyini qorumaq məqsədilə yarışlar zamanı axşam konsertləri olmayacaq. Lakin azarkeşlər üçün maraqlı və fərqli əyləncə proqramları təşkil ediləcək.

Yollar F1 standartlarına uyğunlaşdırılır

Hazırda hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verilib. Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.

5 il ərzində nə qədər qazandıq?

Dünyanın 4 ən iri audit və konsaltinq şirkətlərindən olan “PwC”-in hesabatına görə, keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir qazandırıb. Bu, əsasən turizm, mehmanxana və nəqliyyat sektorunda öz əksini tapıb.

Eləcə də peşəkar xidmətlər, restoran, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, tikinti sektoru və digər sahələrdəki inkişafı da bu sıraya aid etmək olar.

Bəs, bu il?

Mütəxəssislərin fikrincə, yarış bir çox istiqamətdə Azərbaycana xeyir gətirir. Xüsusilə də, ölkə iqtisadiyyatına xeyir verəcək bir amildir. Çünki “Formula1” üzrə Azərbaycan Qran-Prisinə baxmaq üçün xaricdən çoxlu sayda qonaqlar üz tuturlar.

Orta hesabla götürsək, 3 gün ölkəmizdə qalan hər bir turistin paytaxtımızda günlük xərci minimum 1000 dollar təşkil etsə, ümumilikdə isə ölkəmizə gələn bir turist azı 3000 min dollar xərcləyəcək. 50 min azarkeşin gəldiyini nəzərə alsaq, onların adambaşı 3 min dollar pul xərcləməsi orta hesabla 150 milyon dollar - 255.375 min manat vəsait deməkdir. 255 milyon manat sadəcə turistlərin otel, restoran, nəqliyyat, əyləncə və digər xidmət sahələrinə xərclədiyi pullardır. Bura bilet satışı və təyyarə xərcləri daxil deyil.

İqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, yarış ölkəmizin beynəlxalq arenada tanıdılması və təbliği baxımından da böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, belə yarışlar ölkəyə maddi gəlir gətirməklə yanaşı, həm də sosial-iqtisadi istiqamətdə də inkişafa səbəb olur: “Mötəbər yarışın təşkili ölkəmizə turist marağının artmasına böyük töhfədir. Bu ərəfədə ölkəyə gələn turistlərin sayında artımlar müşahidə olunur. Nə qədər gəlir gətirəcəyi ilə bağlı konkret məbləğ söyləmək çox tezdir. Satılan biletlərin və həmin ərəfədə ölkəyə gələn turistlərin sayı bəlli olduqdan sonra dəqiq rəqəmləri qeyd etmək mümkün olacaq. Bütün hallarda, ölkəyə gəlirin gətirməsinə dəstək olacaq”.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31