Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa Komissiyasının rəsmisi: “Azərbaycan enerji təchizatı üzrə Aİ-nin mühüm tərəfdaşıdır”

Avropa Komissiyasının rəsmisi: “Azərbaycan enerji təchizatı üzrə Aİ-nin mühüm tərəfdaşıdır”

05.06.2024 [10:43]

Azərbaycan enerji təchizatı məsələsində Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumunda deyib.

O, enerji keçidinin təmin edilməsi məsələsində “Azərbaycan-Avropa İttifaqı Yaşıl Dəhlizi” layihəsinin rolunu vurğulayıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün yaradılmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1 000 meqavat gücündə və 1 195 kilometr uzunluğunda "Black Sea Energy" dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql olunacaq. Bu, 4 qiqavata qədər yaşıl enerjinin verilməsinə imkan verəcək.

Paylaş:
Baxılıb: 368 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

Gündəm

Siyasət

Xilaskarlıq missiyası

14 İyun 12:05  

MEDİA

150 ilə sözardı

14 İyun 11:38  

Analitik

Analitik

Ukraynaya “mesaj”...

14 İyun 11:00  

Siyasət

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30