Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Eskalatorların iş rejimində sərnişin təhlükəsizliyi ən mühüm məsələdir"

"Eskalatorların iş rejimində sərnişin təhlükəsizliyi ən mühüm məsələdir"

12.06.2024 [11:19]

Hər gün pik saatlarda bir çox metrolarda müşahidə olunan sıxlıqların şahidi oluruq. Yaranan sıxlıqların baş vermə səbəblərindən biri də, metrostansiyalardakı eskalatorların yalnız birinin istifadəyə verilməsidir. Belə olduğu halda, sözügedən vəziyət vətəndaşların narazılıqlarına  səbəb olur.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, eskalatorların iş rejimi və qrafikində sərnişin təhlükəsizliyi ən mühüm məsələdir: "Bu səbəbdən hər bir eskalatorlu stansiyada 1 eskalator mütləq qaydada ehtiyatda saxlanılır. Bu, qəfil baş verə biləcək hadisələr zamanı həmin eskalatordan istifadə olunması və ya qoşulu vəziyyətdə olan eskalator dayandıqda, digərinin qoşulması məqsədilə edilir. 4 eskalatorlu stansiyalarda qrafik üzrə sərnişin axınının ən gur vaxtlarında, yaxud xüsusi sıxlıq və ya normativlərə uyğun platformada sərnişin sıxlığının müəyyən həddində iki eskalator yoxuşa (üzü yuxarı) qoşulur".

Qurum rəsmisinin sözlərinə görə, günün pik saatları olmadıqda, bayram günlərində sərinişinlər də müşahidə edirlər ki, sistemlərə xüsusi nəzarət olunur. Adi iş günlərində xüsusilə dərin özüllü stansiyalarımız üçün əlavə nəzarət mexanizmləri tətbiq olunur. Səhər-axşam pik saatlarda həmin eskalatora yaxın yerlərdə əlavə işçiləri də görmək mümkündür. Sərnişinlərin rahatlığını pozmaq, vətəndaşları narazı salmaqdan söhbət gedə bilməz.

B. Məmmədov son olaraq bildirir ki, 3 eskalatorlu stansiyalarda xüsusi zəruri hallarda, həm də ən qısamüddətli olmaqla iki eskalatorun yoxuşa qoşulması mümkündür.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31