Nəcib təşəbbüslə xilaskar olmaq...
14.06.2024 [11:20]
Ümumdünya Qan Donoru Günüdür
İlk baxışda minlərlə insan həyatının xilaskarına çevrilmək mümkünsüz görünə bilər. Ancaq buna nail olmaq o qədər də çətin deyil. Sadəcə, humanistlik nümayiş etdirmək kifayətdir. Bu təşəbbüslər sırasında qan donorluğunu xüsusi vurğulamaq yerinə düşər.
Məlumdur ki, qan insan orqanizminin mühüm komponentlərindən biridir. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallarla üzləşə bilər. Belə olan hallarda qan vermək hər bir sağlam insanın bəşəri borcudur. Bəziləri fikirləşir ki, qan donoru olmaq orqanizmə mənfi təsir edir. Əslində, belə deyil. Sağlamlığı yerinə olan hər kəs qan verə bilər. Tədqiqatlar da sübut edir ki, 400-450 ml qan vermək insanın səhhətinə və əmək qabiliyyətinə müsbət təsir edir. Mütəmadi olaraq qan verən donorlarda şəkərli diabet, yüksək xolesterin, yüksək təzyiq, qaraciyər, ürək-damar və xərçəng xəstəliklərinin riski az olur. Qanvermə yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdırır və psixi sağlamlığa səbəb olur. Lakin qan verən şəxslərin bilməsi vacib olan şərtlər də var.
Kimlər qan verə bilməz?
Bir çox xəstəlikdən əziyyət çəkənlər, həmçinin sağlamlıq durumunda müvəqqəti dəyişiklik olan şəxslərin qan verməsi məsləhət görülmür. Məsələn, Hepatit B, Hepatit C, AIDS xəstələrini qeyd edə bilərik. Bundan başqa, malyariya xəstələri müalicə olunandan 3 il sonra, vərəm xəstələri isə müalicə edildikdən 5 il sonra qan verə bilərlər.
Eyni zamanda bronxit-xroniki xəstələr, epilepsiya xəstələri, anemiyadan əziyyət çəkənlər, allergiya-asma xəstələri və hamilə qadınlar da qan verə bilməzlər. Ancaq doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra isə bu, mümkündür.
Ən təhlükəsiz qan bu şəxslərindir...
Hər il dünyada təxminən 112 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 15 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir. Təhlükəsiz donor qanına ehtiyac hər zaman var. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və ağır doğuş zamanı minlərlə ananı, körpəni, xəsarət alanı, irsi qan xəstəliklərindən əziyyət çəkəni ölümdən xilas etməyə kömək edir.
Bağışlamanın 20 illiyi: təşəkkürlər, qan donorları!
Artıq 20 ildir ki, hər il iyunun 14-ü Ümumdünya qan donoru günü kimi qeyd edilir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrə şəhərində keçirilmiş 58-ci Assambleyasında qərar qəbul olunub. Ümumdünya Qan Donoru Günü kampaniyasının 2024-cü il üçün şüarı “Bağışlamanın 20 illiyi: təşəkkürlər, qan donorları!” adlanır.
Azərbaycanda donor qanının həcmi artıb
Ölkəmizdə də qanvermə aksiyaları mütəmadi qaydada təşkil olunur. Donorların və onlardan qan analizinin alınması, müayinəsi və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda “Vahid Qan Bankı” sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur. Görülmüş tədbirlər nəticəsində ölkəmizdə tədarük olunan donor qanının həcmi artıb, komponentlərə bölünməsi işi yaxşılaşdırılıb, təhlükəsizliyinin təmin edilməsində laborator nəzarət gücləndirilib.
Nəcib bir təşəbbüslə 1 dəfə qan verib tanımadığımız insanların həyatını xilas edə bilərik. Gəlin bu gün qan donoru olaq və insanların sağlamlığına köməklik göstərək...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

