Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Kaledoniyanın xarici işlər naziri: Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq

Yeni Kaledoniyanın xarici işlər naziri: Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq

20.06.2024 [11:00]

Son bir ay ərzində Fransa hökuməti bizə Yeni Kaledoniyada çox çətin günlər yaşadıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-də müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransda iştirak edəcək Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.

Onun sözlərinə görə, hazırda bölgədə çoxsaylı hərbçilər var və bütün bunlar əhaliyə, əsasən də qadınlara, uşaqlara neqativ təsir göstərir.

Xarici işlər naziri bildirib ki, Yeni Kaledoniya xalqı Fransa polisinin zorakılığı ilə üzləşib. “Bu məsələni beynəlxalq səviyyədə qaldırmaq üçün bu gün buradayıq, Bakı Təşəbbüs Qrupu ilə birlikdə nə edə biləcəyimizi nəzərdən keçiririk. Bu gün burada olmaq bizim üçün çox vacibdir Yeni Kaledoniya BMT-nin dekolonizasiya siyahısındadır. Biz Fransanı Yeni Kaledoniya xalqının hüquqlarını tanımağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq”, - deyə Mikael Forrest qeyd edib.

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31