Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Telegram”ın baş direktoru Durov Fransada həbs edilib

“Telegram”ın baş direktoru Durov Fransada həbs edilib

25.08.2024 [10:31]

“Telegram” mesajlaşma proqramının qurucusu və baş direktoru, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında həbs edilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Durov şəxsi təyyarəsi ilə səyahət edirmiş. O, Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb.

TF1 və BFM televiziyalarının məlumatlarına əsasən, Fransa polisi “Telegram” mesajlaşma proqramında cinayət fəaliyyətinin maneəsiz yayılmasına imkan verildiyini hesab edir. Yerli mediaya görə, Durov avqustun 25-də mümkün ittihamla üzləşəcək.

Qeyd edək ki, bir milyarda yaxın istifadəçisi olan “Telegram” Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqının digər respublikalarında xüsusilə təsirlidir. “Facebook”, “YouTube”, “WhatsApp”, “Instagram”, “TikTok” və “Wechat”dan sonra əsas sosial media platformalarından biri hesab olunur.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

Gündəm

Siyasət

Siyasət

İdman

4-ü qızıl olmaqla 11 medal

10 Sentyabr 08:57  

Siyasət

Bakının vasitəçiliyi...

10 Sentyabr 08:54  

Siyasət

Siyasət

COP 29 yaxınlaşdıqca...

10 Sentyabr 08:39  

Siyasət

Siyasət

YAP xəbərləri

Dinamik inkişaf dövrü

09 Sentyabr 16:57

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30