İmişli rayon Ağsaqqallar Şurasının tədbirləri davam edir
13.09.2024 [15:25]
Bu gün İmişli rayon Ağsaqqallar Şurası İmişli rayon Suvarma Sistemləri idarəsi və Mərkəzi Muğan Kollektorlar idarəsinin ağsaqqqalları ilə tədbir keçirib. Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr müavinləri Səlim Məhərrəmov, Davud Zülfüqarov, sədr köməkçisi Ramiz Əliyev, Şura üzvləri Fərman Vəliyev, Adil Kərimov, Suvarma Sistemləri İdarəsinin rəisi Samir Məmmədov, Mərkəzi Muğan Kollektorlar idarəsinin rəisi Qasım Qasımov, Suvarma sistemləri idarəsinin və Mərkəzi Muğan Kollektorlar idarəsinin çoxsaylı işçiləri iştirak edirdi.
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ilk öncə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Hesablayıcı Komissiyanın sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin salamlarını ağsaqqallara çatdırıb. Saleh Səmədov bildirdi ki, Eldar müəllim yerli şuraların yaradılması və ora yeni-yeni üzvlərin qəbul olunması təşəbbüsünü yüksək qiymətləndirərək öz xoş arzularını sizə bildirir. O, həmçinin qeyd etdi ki, bu idarələrdə rayon Ağsaqqallar Şurasının yerli təşkilatlarının yaradılması, bu təşkilatlara üzvlərin qəbul edilməsi diqqət yetirdiyimiz vacib məsələdir. Bu idarələrin ağsaqqalları hər iki müəssisənin nəzdində yerli şuranın yaradılması üçün təşəbbüs qaldırmışlar. Rayon Ağsaqqallar Şurası bu təşəbbüsü bəyənmiş və buna görə də biz bu gün bu toplantınızda iştirak edirik. Biz də öz növbəmizdə bu idarələrin nəzdində yerli şuraların yaradılmasını və oraya könüllülük əsasında yeni üzvlərin qəbul edilməsini çox əhəmiyyətli bir iş hesab edirik. Qeyd etmək istəyirəm ki, hal-hazırda rayon şurasının tərkibində 500 nəfər ağsaqqal birləşir. Üzvlərimizin sayı hər yeni gün artmaqdadır.
Çıxış edən digər nümayəndələr Ağsaqqallar Şurasının son dövrdəki fəaliyyətinin daha da gücləndirilməsi və həyata keçirdiyi tədbirləri müsbət hal kimi qeyd etdilər. Sonra hər iki idarənin ağsaqqalları səs vermə yolu ilə özlərinin idarə heyətlərinin üzvlərini və sədrlərini seçmək üçün fəaliyyətə başladılar. Suvarma Sistemləri idarəsində yerli şurada səs vermə yolu ilə 9 nəfərdən ibarət idarə heyəti, Feyzullayev Azər Xanoğlan oğlu sədr, Məmmədov Möhübbət İsməli oğlu, Muradov Ehtiram Kərim oğlu isə sədr müavini seçildi. Mərkəzi Muğan Kollektorlar idarəsinin nəzdində yaradılan yerli şurada da müvafiq qayda ilə 7 nəfərdən ibarət idarə heyəti, Paşayev Əlsəfa Surxay oğlu sədr, Eyvazov İdris Mahac oğlu isə sədr müavini seçildi. Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov yeni seçilən heyəti təbrik etdi və onlara şəxsi həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzuladı.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

