Noyabrın 26-sı Ümumdünya Dayanıqlı Nəqliyyat Günüdür
26.11.2024 [11:01]
Bu gün, noyabrın 26-da dünya ictimaiyyəti BMT Baş Assambleyasının təsis etdiyi Ümumdünya Dayanıqlı Nəqliyyat Gününü qeyd edir.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin bu münasibətlə keçirilən tədbirləri nəqliyyatın inkişafının iqlim dəyişikliyinə təsirinə həsr olunur. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) son hesabatına görə, qlobal istixana qazı emissiyalarının təqribən 20 faizi nəqliyyat sektorunun payına düşür.
Təşkilatın Baş katibi Antonio Quterreşin mesajında deyilir: “Nəqliyyat dünyanın qan dövranı sistemini təmsil edir, insanları və malları planetin hər yerinə çatdırır, iş yerləri yaradır və rifahı dəstəkləyir. Lakin bu sektor iqlim xaosunu da artırır. Quruda, dənizdə və havada motorlu nəqliyyatda istifadə olunan enerjinin 91 faizi qazıntı yanacaqlarından əldə edilir. Bu sektorda dekarbonizasiya aparılması ən çətin vəzifələrdən biridir. Amma mən əminəm ki, bəşəriyyət iqlimi məhv edən mədən yanacaqlarından asılılığı aradan qaldırmaq və innovativ bərpaolunan enerji mənbələrinə əsaslanan davamlı, səmərəli və aşağıkarbonlu nəqliyyat sistemləri yaratmaq problemini həll edə biləcəkdir. Elektrik və günəş enerjisi ilə işləyən nəqliyyat vasitələrinə, bərpaolunan aviasiya yanacağı mənbələrinə, yaşıl ictimai nəqliyyat sistemlərinə böyük investisiyalar, aşağıkarbonlu yanacaqlara subsidiyalar kimi tədbirlər planetimizi insanlar üçün daha təmiz hala gətirəcək. Bütün bu tədbirlər yubanmadan həyata keçirilməlidir”.
BMT-nin ekspertləri qeyd edirlər ki, nəqliyyat əlaqəni, ticarəti, iqtisadi inkişafı və məşğulluğu təşviq etmək üçün çox vacibdir. Bununla belə, o, həm də istixana qazı emissiyalarının əhəmiyyətli bir mənbəyi kimi göstərilir. Bu ziddiyyətlərin həlli dayanıqlı nəqliyyata və bununla da davamlı inkişafa nail olmaq baxımından mühümdür.
“Dayanıqlı nəqliyyat insanların və malların mobilliyi üçün xidmətlərin və infrastrukturun təmin edilməsi, bugünkü və gələcək nəsillərə fayda vermək naminə iqtisadi və sosial inkişafın təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, nəqliyyat təhlükəsiz, sərfəli, əlçatan, səmərəli və davamlı olmalıdır. Buna görə də dayanıqlı nəqliyyat özlüyündə məqsəd deyil, davamlı inkişafa nail olmaq üçün bir vasitədir”, -deyə təşkilatın açıqlamasında qeyd olunur.
BMT vurğulayır ki, dayanıqlı nəqliyyat, həmçinin universal əlaqə, gücləndirilmiş təhlükəsizlik, ətraf mühitə və iqlimə minimum təsir kimi amilləri ehtiva edir. Təşkilatın məlumatında bildirilir: “Davamlı nəqliyyat insanların və malların hərəkətliliyi üçün xidmətlər və infrastruktur təmin etməklə yanaşı, yoxsulluğun aradan qaldırılması, bərabərsizliyin azaldılması, qadınların səlahiyyətlərinin artırılması və digər mühüm məqsədlərə doğru irəliləyişi sürətləndirə biləcək amildir”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

