Təyyarə qəzası qurbanlarının xatirəsi İğdırda ehtiramla anılıb
28.12.2024 [23:46]
Türkiyənin Azərbaycanla həmsərhəd İğdır vilayətində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyası və “Azərbaycan Evi”nin təşəbbüsü ilə dekabrın 28-də İğdırda anım tədbiri keçirilib. Tədbir iştirakçıları təyyarə qəzası zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar Türkiyə xalqının qardaş Azərbaycanın ağrısını bölüşdüyünü qeyd edib. O, təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
“Azərbaycanda elan edilən matəmlə əlaqədar biz də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbirlərini ləğv etdik. Ümid edirəm ki, belə faciələr bizim ölkələrimizdən yan keçəcək”, - deyə o bildirib.
Cəmiyyətin rəhbəri mülki təyyarənin düşməsinə səbəb olan təyyarəyə xarici təsirlərin olması ilə bağlı iddialara diqqət çəkib.
İğdırdakı “Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsal faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. O, Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” sözlərini xatırladıb.
“Türkiyə xalqı qardaş Azərbaycanın faciəsinə şərikdir. Biz hər zaman dost ölkəni dəstəkləməyə hazırıq. Təyyarə qəzasında həlak olanların xatirəsi bizim qəlbimizdə yaşayacaq”, - deyə o əmin edib.
Tədbir iştirakçıları Qazaxıstanda baş vermiş faciədə həlak olanların xatirəsinə tədbir zalına 38 gül dəstəsi qoyublar.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

