Təbriz qəzeti 20 Yanvar faciəsi barədə məqalə dərc edib
20.01.2025 [18:47]
Təbrizin “Nəsr” qəzetində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar geniş məqalə dərc edilib.
Azərbaycanın Təbrizdəki baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, məqalədə bu dəhşətli faciənin ölkəmizdə Ümumxalq Hüzn Günü kimi qeyd olunduğu diqqətə çatdırılıb.
Təbriz ictimaiyyətinə 1990-cı il yanvarın 20-də sovet qoşun hissələrinin paytaxt Bakıda və Azərbaycanın digər şəhərlərində dinc əhaliyə divan tutması, torpaqlarının müdafiəsi və müstəqilliyi uğrunda mübarizəyə qalxan dinc insanları vəhşicəsinə qətlə yetirməsi barədə müfəssəl məlumat verilib.
Məqalədə vurğulanıb ki, həmin ağır günlərdə özünün və ailə üzvlərinin həyatını təhlükəyə atan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin Azərbaycanda törətdiyi qanlı aksiyanı qətiyyətlə pisləyib, günahsız insanların qətlə yetirilməsinə etirazını bildirib və törədilmiş cinayətə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. O, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edib, qoşunların Bakıdan dərhal çıxarılması tələbini irəli sürüb. “Ulu Öndərin tarixi bəyanatı həm də Moskvada, imperiyanın mərkəzində 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi. Görkəmli dövlət xadimi Heydər Əliyevin səsləndirdiyi bəyanat qanlı hadisələr haqqında obyektiv reallığın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış ən ciddi addım olmaqla yanaşı, həm də Azərbaycanın zor gücünə salındığı informasiya blokadasının yarılması və dağıdılması baxımından misilsiz əhəmiyyətə malik hadisə oldu. Məhz Ulu Öndərin siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini aldı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi”, -deyə yazıda bildirilib.
Məqalədə əlavə olunub ki, xalqın çağırışı ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılıb və onun 17 yanvar 2000-ci il tarixli Sərəncamı ilə faciə qurbanlarına “20 Yanvar şəhidi” adı verilib. Eyni zamanda, Ümummilli Liderin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Beləliklə, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini alıb”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

