Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2025 [20:14]
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümü dərin ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək, şəhidlərimizin xatirələrini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni oxunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov və digərləri bildiriblər ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mücadiləsi idi. Ona görə də Sovet rəhbərliyi xalqımıza qarşı dəhşətli cinayət törədib və paytaxtımıza, o cümlədən respublikanın bir neçə ərazilərinə qoşun yeridərək əliyalın, azadlıq istəyən, günahsız soydaşlarımızı qətlə yetirib. Sovet rəhbərliyi silah, qətliam gücünə xalqımızı susdurmağa çalışıb və bununla da xalqımızın azadlıq istəyini boğmağa səy göstərib.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev faciədən dərhal sonra - yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, cəsarətli bəyanat verərək, qırğını əliyalın xalqın qırılmasını yol verilmiş kobud siyasi səhv kimi ifşa edib. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıb. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib, 1998-ci ildə isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Məhz Ümummilli Liderin sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlar üzə çıxıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün dövlət başçısının təşəbbüsləri sayəsində effektiv sosial müdafiə sistemi formalaşıb.
Daha sonra çıxış edən şəhid ailələri ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

