/ / Gəncədə “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bizim tariximiz təsdiqləyir” adlı konfrans keçirilib
Gəncədə “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bizim tariximiz təsdiqləyir” adlı konfrans keçirilib
12.03.2025 [18:59]
Martın 12-də Gəncə Dövlət Filarmoniyasında “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bizim tariximiz təsdiqləyir” adlı konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra Filarmoniyanın foyesində təşkil edilən Qərbi Azərbaycana həsr olunmuş dekorativ tətbiqi sənət və fotosərgi ilə tanışlıq olub.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Qərbi Azərbaycan İcmasının 2 illik fəaliyyəti ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Konfransı açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qədim Nizami yurdunda Qərbi Azərbaycanla bağlı belə tədbirin keçirilməsinin önəmindən söz açıb.
İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov “Qərbi Azərbaycan İcmasının məqsəd və hədəfləri, qayıdış uğrunda mübarizə” mövzusunda çıxışında icmanın yaranma tarixçəsi, bu günə qədər görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. Bildirib ki, son 200 ildə ata-baba yurdlarından zorla çıxarılan Qərbi azərbaycanlıların geri qayıdışı mütləq şəkildə təmin olunmalıdır.
“Qərbi Azərbaycan həqiqətləri, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış uğrunda apardıqları mübarizənin tarixi əhəmiyyəti” mövzusunda danışan icmanın Müşahidə Şurasının üzvü, Milli Məclisin komitə sədri Musa Urud Qərbi Azərbaycandakı yurd yerlərimizdən, doğma torpaqlara qayıdışın vacibliyindən bəhs edib.
İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu “İndiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı regionda qalıcı sülhün təminatı kimi” mövzusunda danışaraq bildirib ki, soydaşlarımızın geri qayıdışı regionda qalıcı sabitliyin olmasında mühüm rol oynayacaq.
Daha sonra YAP Gəncə Təşkilatının sədri, icmanın Gənclər Şurasının üzvü, Basarkeçər rayonu Zərzibil kəndinin icma sədri Bayram Aslanov “Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsinin siyasi və sosial təsirləri”, icmanın Gəncə şəhəri üzrə nümayəndəsi Mübariz Yusifov “Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsinin fəaliyyət istiqamətləri barədə hesabat xarakterli icmal”, Gəncə şəhərində yaşayan Qərbi Azərbaycan kökənli gənclər adından Sevinc İsgəndərova isə “Azərbaycanlıların tarixi vətənlərinə qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu” mövzularında çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19

