Azərbaycan ilə BƏƏ arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
27.11.2025 [17:00]
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında anlaşma memorandumunun icrasını dəstəkləyəcək yeni əməkdaşlıq proqramının imzalanması müzakirə edilib, bu sənədin hüquqi əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyi bildirilib.
Azərbaycan tərəfi ədliyyə sistemində rəqəmsallaşma və süni intellektin tətbiqinin genişləndirilməsi, xidmətlərin operativliyi və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs edib və bu sahədə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə edib.
Ölkələr arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Fərid Əhmədov, həmçinin BƏƏ-nin Baş nazirinin müavini və daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə də görüş keçirib. Görüş çərçivəsində tərəflər arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı ekstradisiyanın həyata keçirilməsi istiqamətində faydalı əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin tərəflər əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

