“Çətin suallar məni daha çox motivasiya edir” – Olimpiada finalçısı ilə MÜSAHİBƏ
27.02.2026 [17:58]
Aşağı siniflərdən başladığı olimpiada yolunda artıq bir neçə beynəlxalq yarışda ölkəmizi təmsil edən gənc şagird qazandığı medallarla diqqət çəkir. O deyir ki, final mərhələsində çıxış etmək təkcə şəxsi uğur deyil, həm də böyük məsuliyyətdir. Taylandda keçirilən “Math Challenge” finalından bürünc medalla qayıdan müsahibimiz Ayxan Abbaslının uğur yolundan, motivasiyasından və gələcək planlarından danışdıq.
– Özünü oxuculara necə təqdim edərdin? Olimpiada yolun necə başladı?
– Olimpiadalara aşağı siniflərdən başlamışam. Bu yolda müəllimlərimin böyük dəstəyi olub. Onların təşviqi və inamı sayəsində ilk addımlarımı atdım və zamanla bu sahədə daha da irəlilədim.
– İlk beynəlxalq yarış təcrübən hansı olub və həmin an hansı hissləri yaşamısan?
– İlk beynəlxalq yarışım FISO olub. Finalda medal qazandığımı eşidəndə çox sevincli və duyğulu idim. İlk dəfə idi ki, belə bir hiss yaşayırdım və bu mənim üçün unudulmaz an oldu.
– Final mərhələsində ölkəni təmsil etmək sənə hansı məsuliyyəti yükləyir?
– Finalda ölkəmi təmsil etmək böyük məsuliyyətdir. Çünki artıq təkcə özümü deyil, Azərbaycanı təmsil edirəm. Bu isə daha diqqətli və məsuliyyətli olmağı tələb edir.
– Qazandığın medallar arasında sənin üçün ən yaddaqalanı hansıdır və niyə?
– Mənim üçün ən yaddaqalan medal “Math Challenge” finalında qazandığım bürünc medaldır. Yarış çox çətin idi və yer tuta bilməyəcəyimi düşünürdüm. Amma Taylanddan Bakıya medalla qayıtmaq mənim üçün böyük uğur oldu.
– Olimpiadalara hazırlaşarkən hansı üsullardan istifadə edirsən? Günlük çalışma rejimin necədir?
– Əslində xüsusi hazırlıq etmirəm. Daha çox öz riyazi bilik və bacarığıma güvənirəm və yarışlarda bu biliklərlə iştirak edirəm.
– Çətin suallarla qarşılaşanda motivasiyanı necə qoruyursan?
– Çətin sualları görmək məni daha çox həvəsləndirir. Çünki belə sualları həll edəndə daha çox motivasiya oluram və özümə inamım artır.
– Beynəlxalq yarışlar sənə yalnız akademik deyil, şəxsi inkişaf baxımından nə qazandırıb?
– Bu yarışlar mənə sosiallaşmaq imkanı verib. Xaricdən dostlar qazanmışam. Həmçinin özümü daha yaxşı ifadə etməyi və fərqli mühitlərdə ünsiyyət qurmağı öyrənmişəm.
– Məktəb dərsləri ilə olimpiada hazırlığını necə balanslaşdırırsan?
– Məktəb dərsləri olimpiada üçün çox vacibdir. Çünki təməl biliklər məhz məktəbdə formalaşır. Bu baza olmadan uğur qazanmaq çətindir.
– Gələcək planların nələrdir? Hansı sahədə ixtisaslaşmaq istəyirsən?
– Gələcək planım Türkiyədə Ankara Universitetində tibb təhsili almaqdır. Daha sonra isə təhsilimi ABŞ-da, Nyu-York şəhərində davam etdirmək istəyirəm.
– Sənin kimi beynəlxalq olimpiadalara qatılmaq istəyən şagirdlərə hansı tövsiyələri verərdin?
– Ən vacib məsləhətim budur ki, daim çalışsınlar. Medal qazana bilməsələr belə ruhdan düşməsinlər və səhvlərindən nəticə çıxarsınlar. Uğur davamlı zəhmətin nəticəsidir.
Xəbər lenti
Hamısına baxGündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35
Siyasət
07 Mart 18:28
Siyasət
07 Mart 17:55
Dünya
07 Mart 17:28
Siyasət
07 Mart 16:55
Siyasət
07 Mart 16:46
Dünya
07 Mart 15:38
Hadisə
07 Mart 14:24
Dünya
07 Mart 13:53
YAP xəbərləri
07 Mart 13:32
Dünya
07 Mart 12:42
YAP xəbərləri
07 Mart 12:29
Siyasət
07 Mart 11:53
Siyasət
07 Mart 11:52
Siyasət
07 Mart 11:50
Gündəm
07 Mart 11:40
YAP xəbərləri
07 Mart 11:16
Gündəm
07 Mart 11:13
Gündəm
07 Mart 10:59
Siyasət
07 Mart 10:46
Mədəniyyət
07 Mart 10:35
Gündəm
07 Mart 10:16
İqtisadiyyat
07 Mart 09:53
Siyasət
07 Mart 09:31
Analitik
07 Mart 09:18
Ədəbiyyat
07 Mart 08:54
Ədəbiyyat
07 Mart 08:39
Diaspor
06 Mart 23:30
Sosial
06 Mart 22:56
İdman
06 Mart 22:46
MEDİA
06 Mart 22:37
Siyasət
06 Mart 22:34

