Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf strategiyası müəyyənləşdirildi

YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf strategiyası müəyyənləşdirildi

11.10.2026 [14:52]

“Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında elmi əsaslara, müasir dünyanın siyasi realıqlarına söykənən,  geniş məzmunlu çıxışı ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, siyasi sabitliyin qorunması və milli maraqların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rola, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət çəkilib. Partiyamızın əvəzolunmaz liderinin  müəyyən etdiyi strateji hədəflər Azərbaycanın davamlı inkişafının təmin edilməsi, ölkənin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi və milli birliyin qorunması,  müasir dövrdə etibarlı informasiya təhlükəsizliyinin təşkili,  dezinformasiyaya qarşı mübarizə və cəmiyyətin milli maraqlar ətrafında həmrəyliyinin gücləndirilməsi, ideoloji təhlükəsizliyin nəzarətdə saxlanılması sahəsində əsas istiqamətləri özündə ehtiva edir”. Bu barədə Qurultay iştirakçısı, Tovuz YAP təşkilatının üzvü, Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva bildirib.  

A.Quliyeva qeyd edib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğu üçün Partiya Sədrinin nitqini qarşıdakı illər üçün strateji yol xəritəsi kimi dəyərləndirilməsi daha məqsədəuyğun olardı. “Bu baxımdan hər bir partiya üzvünün dövlət siyasətinin əsas istiqamətlərinin təbliğində, cəmiyyətlə əlaqələrin gücləndirilməsində və gənclərin ictimai fəallığının artırılmasında üzərinə böyük məsuliyyət düşür. Təhsil müəssisələrinin, xüsusilə təhsilin təməlini, bünövrəsini təşkil edən məktəbəqədər və ümumtəhsil müəssisələrinin  gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və yüksək intellektual səviyyəyə malik vətəndaşlar kimi yetişdirilməsində, onlarda dövlətçilik düşüncəsinin və milli kimlik şüurunun formalaşdırılmasında müstəsna rolunu nəzərə alsaq biz təhsil ictimaiyyəti daha məsuliyyətlə çalışmalı, dövrün çağırışlarına uyğun təlim-tədris prosessinin təşkilinə nail olmalıyıq”.

Aysel Quliyevanın sözlərinə görə, Tovuz təhsil ictimaiyyəti Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayında söylədiyi çıxışından irəli gələn vəzifələrin icrası istiqamətində böyük əzmlə çalışacaq, müasir dövrün çağırışlarına uyğun gənc nəslin yetişdirilməsi istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31