/ / Səməd Seyidov: Bəzi destruktiv qüvvələr təxribatçı addımlarla Azərbaycanın beynəlxalq münasibətlərinə xələl gətirməyə cəhd edirlər
Səməd Seyidov: Bəzi destruktiv qüvvələr təxribatçı addımlarla Azərbaycanın beynəlxalq münasibətlərinə xələl gətirməyə cəhd edirlər
31.10.2019 [09:44]
Azərbaycanın beynəlxalq münasibətləri uğurla inkişaf edir. Dövlətimizin başçısının son vaxtlarda həm xaricdə, həm də ölkəmizdə keçirilən tədbirlərdəki çıxışları Azərbaycanın beynəlxalq münasibətlərinin dünyada ən yüksək səviyyədə olmasına dəlalət edir. Bu, bir faktdır. Lakin Azərbaycanın beynəlxalq münasibətləri inkişaf etdikcə, dünyadakı rolu artdıqca, mövqeyi möhkəmləndikcə ölkəmizə qarşı destruktiv qüvvələrin təzyiqi də artır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
Səməd Seyidov deyib: “Təəssüf ki, bu münasibət beynəlxalq təşkilatlarda, hansısa ölkələrdə fəaliyyət göstərən qurumlarla kifayətlənmir, o cümlədən daxildən də bu cür qüvvələr çalışırlar ki, ölkəmizin münasibətlərinə xələl gətirsinlər. Xüsusilə, Azərbaycanın Avropa İttifaqı ilə inkişaf etdirdiyi münasibətlərinə xələl gətirmək istəyən qüvvələr göz qabağındadır. Azərbaycan danışıqlar prosesini ən yüksək səviyyədə aparır və ölkəmiz Avropa İttifaqına daxil olan ölkələrlə birbaşa strateji əməkdaşlıq müqavilələri imzalayır. O cümlədən Avropa İttifaqının özü ilə də münasibətlər ən yüksək səviyyədə təşkil olunub. Qeyd edilən destruktiv qüvvələr səfirliklərə, beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərinə müraciət edərək müxtəlif görüşlər keçirir, həmin təşkilatların və səfirliklərin mövqelərini təhrif edərək öz maraqları baxımından təqdim edirlər. Bu qüvvələr belə təxribatçı addımlar atmaqla Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdürlər. Bu, açıq-aydındır.
Mən Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi bilirəm ki, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar obyektiv mövqe nümayiş etdirmək və düzgün fikir söyləmək üçün kifayət qədər imkanlara malikdirlər. Ancaq bu destruktiv qüvvələr beynəlxalq təşkilatların və səfirliklərin adlarından bəyanatlar verməklə və onların mövqelərini öz mövqelərinə süni şəkildə uyğunlaşdırmaqla Azərbaycan vətəndaşlarında ölkəmizin beynəlxalq əlaqələri ilə bağlı yanlış fikir formalaşdırmağa, onları çaşdırmağa çalışırlar. Həmin qüvvələr bilməlidirlər ki, bütün bunlar təxribatdır və biz buna qarşı çıxırıq. Görünən odur ki, destruktiv qüvvələr yeni taktika seçiblər. Həmin qüvvələr qanunun aliliyi və demokratiyanın, insan haqlarının beynəlxalq təşkilatlarda və müxtəlif qurumlarda ali dəyərlər kimi müdafiə olunması zəminindən istifadə edərək öz mövqelərini ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların mövqeləri kimi təqdim etməyə cəhd göstərirlər. Onlar Azərbaycan vətəndaşını çaşdırmaqla qeyri-qanuni addımlar atırlar”.
Səməd Seyidov vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan beynəlxalq təşkilatlarda getdikcə öz mövqeyini möhkəmləndirir. Destruktiv qüvvələr də məhz həm Avropa İttifaqında, həm Avropa Parlamentində, həm də Avropa Şurasında bu münasibətlərin daha da inkişaf etdirilərək yeni müstəviyə qaldırılmasını görərək və bunu qəbul etməyərək bu cür təxribatlara əl atırlar. Həmin beynəlxalq təşkilatlar və ölkəmizdəki səfirliklər onların adlarından çıxış edən, mövqelərini təhrif edən destruktiv qüvvələrin bu cür təxribatçı addımlar atmaqla Azərbaycanın münasibətlərinə xələl gətirməyə cəhd göstərdiklərini nəzərə almalı və buna qarşı çıxmalıdırlar.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

