Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ceyhun Bayramova TÜRKSOY-un "Nizami xatirə nişanı” təqdim olunub

Ceyhun Bayramova TÜRKSOY-un "Nizami xatirə nişanı” təqdim olunub

22.11.2021 [16:06]

Noyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən yeniazerbaycan.com-a verilən məlumata görə, tərəflər, Azərbaycan və TÜRKSOY arasında faydalı əməkdaşlıq və təşkilatın türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər üzrə ümumi fikir mübadiləsi aparıblar.

Baş katib Düsen Kaseinov Azərbaycanda “Nizami İli”nin elan olunması ilə əlaqədar təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbirlərin gələn ilin mart ayınadək davam ediləcəyini söyləyib.

Baş katib Düsen Kaseinov TÜRSOY tərəfindən nəşr edilmiş, Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş kitabı və “Nizami xatirə nişanı”nı nazir Ceyhun Bayramova təqdim edib.

Paylaş
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31