Naqif Həmzəyev: Zəfər paradı Azərbaycanın tarixi Qələbəsinin dünyaya nümayişidir
09.12.2021 [18:02]
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında 44 günün hər günü şanlı tarixə çevrilən Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı tarixə, qəhrəmanlıq salnaməmizə əbədi həkk edildi. Artıq hər il Azərbaycanın milli-azadlıq hərəkatının başladığı Azadlıq meydanı ölkəmizin hərbi qüdrətinə, dövlətimizin ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafına şahidlik edəcək. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi olan Zəfər Paradı ordumuzun, dövlətimizin gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulması sevincinin, xalqın çoxdankı arzusunun yerinə yetməsinin, ölkəmizin bütövləşməsinin dünyaya təcəssümü oldu.
“...Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq...”. Haqq, ədalət savaşından qalib çıxan ölkəmizin Prezidenti İlham Əliyevin bir il əvvəl Zəfər paradının tribunasından səsləndirdiyi bu sözlər Azərbaycan xalqının səbrinin, qəhrəmanlığının daha bir təsdiqi idi.
Bəli, bütün dünya döyüşlər gedən 44 günün hər anın, şanlı tarixin, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu işğala son qoydu, ədalət zəfər çaldı.
Dövlət başçımızın qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu parad həm də işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibədə həlak olan şəhidlərin, itkin düşən hərbi qulluqçunun, qazilərin, habelə bir əsrdən çox davam edən erməni vandalizminin qurbanlarının yad edilməsinin, Onların qisasının yerdə qalmadığının nümayişidir.
44 günlük Vətən müharibəsində döyüş meydanı ilə yanaşı, siyasi arenada da qələbələr qazanan 30 ilə yaxın müddət ərzində Zəfər gününü gözləyən Azərbaycan xalqı Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdi ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bütün dünyanın şahidi olduğu Azərbaycanın şanlı qələbəsi əslində ədalətin, milli ləyaqətin, qürurun təntənəsi idi.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44

