Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ən böyük tarix kitabını Ulu Öndər özü yazıb

Ən böyük tarix kitabını Ulu Öndər özü yazıb

14.12.2021 [11:34]

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə

Dilarə xanım, müasir  müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü qeyd edilir. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri təhlil olunur, yeni məqamlar açıqlanır. Sizin fikirlərinizi bilmək maraqlı olardı...

- Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub. Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu öndər Heydər Əliyev müstəqillik illərini həm yaradan, həm möhkəmləndirən, həm də  gələcəyə doğru  uğurla aparan şəxsiyyət idi. Özündə bütün keyfiyyətləri birləşdirmişdir. Heydər Əliyevin uşaqlıqdan qarşısına qoyduğu məqsədlərə diqqət yetirərkən  çox zəngin bir həyat yolu olduğunu görürsən. Azərbaycanın gözəl diyarı Naxçıvanda anadan olan, orada ilk təhsilini alan, sonra Naxçıvan  Pedaqoji Texnikomunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun  memarlıq fakültəsində təhsil alan Heydər Əliyev  bütün gələcəyini, ömrünü dövlətinə, xalqına həsr edib.  Onun seçimləri çox düzgün olmuşdur. Ona görə ki, pedaqoq   insanları sevəndir. Müəllim həm savadı, biliyi, həm də davranışı ilə hər bir insana dəstək  göstərməyə hazır olmalıdır. Memar isə yaradıcı insandır.  Vətənini, millətini, xalqını canından artıq sevən Ümummilli Lider bu  peşələri seçərkən qarşısına məqsəd qoymuşdur.  Lakin müharibə başlamışdır. Heydər Əliyev bilirdi ki,  Azərbaycan da digər ölkələr kimi təhlükə qarşısındadır. Ona görə də dövlət təhlükəsizliyi orqanlarında  işləmişdir. Müharibə zamanı bütün dünyanın diqqətinin  Azərbaycana, paytaxt  Bakımıza yönəldiyini görəndə  özünə çox yaxşı ixtisas seçmişdir-Tarix. Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.  Onunla işləyən bir insan, eyni zamanda, bir tarixçi kimi deyə bilərəm ki, müstəqillik illərində  tarixin bir elm kimi şox böyük rolu olub. Hər bir müstəqil ölkənin  vətəndaşı öz tarixini  dərindən bilməli, bütün fəaliyyətini müstəqilliyin qorunmasına  həsr etməlidir. Müstəqillik böyük sərvətdir. Heydər Əliyev həmişə deyirdi ki, mən  müstəqillik üçün, öz millətimin azadlığı üçün  canımdan da keçməyə hazıram. Keçdiyi həyat yolu  bu istəyinin aydın ifadəsidir.  Azərbaycan KP MK-nin Birinci katibi, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildiyi dövrlərdə   gördüyü işlərə diqqət yetirsək bu məqam aydın şəkildə diqqəti çəkir ki, Heydər Əliyev  daim Azərbaycanın müstəqilliyi üçün çalışmışdı. Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı ölkəmizin müstəqilliyini öncədən görürdü və onun bütün siyasəti məhz bu istiqamətə yönəlmişdi. Ölkəmizin iqtisadi qüdrətinin artırılmasını, hərbi hazırlığa böyük önəm verilməsini, bu məqsədlə C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin bütün addımları Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdır.

Hər bir xalqın istiqlal tarixində onun taleyüklü məsələlərini həll edən,  xilaskarlıq missiyasını yerinə yetirən dahi  şəxsiyyətləri olur. Həm də həmin dahi şəxsiyyətlər xalqı öz arxasınca  aparır və bir çox məsələlərdə xalqını qalib xalqa çevirir. Ulu öndər Heydər Əliyevlə uzun müddət işləmiş bir şəxs kimi  xatirələrinizi bölüşməyinizi istərdik...

- Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çətin anlarda  xalqına dayaq oldu, yol göstərdi.  O bütün ömrünü Azərbaycana, Azərbycan xalqına həsr edib. Bütün bunlar gənc nəsil üçün həm dövlətçilik ənənələrini dərk etmək,  həm də üzərlərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunədir. Çox arzu edərdim ki, hər bir Azərbaycan gənci öz həyat yolunu seçərkən  Heydər Əliyevin həyat yolunu dərindən öyrənsin. Məsuliyyətlə yanaşsın. Ulu Öndərin torpaq, Vətən sevgisi böyük idi. Azərbaycanlı olması ilə fəxr etməsi gənclərə örnəkdir. Hər bir Azərbaycan gənci azərbaycanlı olması ilə fəxr etməli, hər zaman inkişafa can atmalıdır.  Heydər Əliyev bilirdi ki, məhz hərtərəfli inkişaf etmiş gənclər müstəqil Azərbaycanın əsas dayaqları olacaq. -
   Heydər Əliyev hər bir baxımdan nümunədir. Mən çox xoşbəxtəm ki, bir Azərbaycan vətəndaşı olaraq öz həyat yolumu tarixə həsr etmişəm. Mənim üçün böyük xoşbəxtlik idi ki belə dahi şəxsiyyətin,  siyasətçinin köməkçisi olmuşam. Çalışırdım ki, nəsə köməklik edim. O dövr mənim həyatımda ən parlaq illər oldu. Cənab Prezident məndən tez-tez soruşurdu ki, bu yazıları necə tez-tez çatdırırsınız? Siz niyə yorulmursunuz? Deyirdim, cənab Prezident! Mən belə böyük siyasətçinin qarşısındayam.  Heç  fikirləşmirəm ki,  necə yorula bilərəm.

   Mən işimdəm zövq alırdım.  Canlı mənbə gözümün qarşısında idi-  Azərbaycanın bu günü və gələcəyi üçün böyük inkişaf yolu müəyyənləşdirən şəxsiyyət Heydər Əliyev. Onunla işləmək  böyük xöşbəxtlik və şərəf idi.

Ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşmasında rolunu necə dəyərləndirərdiniz?

- Bizim ən böyük xoşbəxliyimiz onda idi ki,  dərin, zəngin biliyə malik olan  Heydər Əliyev  bizi dünya ictimaiyyətinə təqdim etdi. Ulu Öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. Hər bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. Ulu Öndər böyük məktəb idi. O, Azərbaycanla fəxr edirdi.  Hər bir səfərə gedərkən  həmin  ölkənin tarixini yenidən  nəzərdən keçirərək  orda öz çıxışlarında, rəsmi qəbullarda  o ölkənin rəhbərlərinə  bilik verirdi. Onlar heyran olurdular.   Hər səfərindən öncə  mənə tapşırırdı ki,  xəritələri hazırla.  Ona lazım olacaq bütün  xəritələr  çantamda olurdu. Çantanın ağırlığını   belə hiss etmirdim. Getdiyi ölkələrdə hansı məqamlardan  asılı olmayaraq xəritələr göstərilirdi. Görün, nə   qədər ölkəsini sevirdi.

   Azərbaycanı neft ölkəsi kimi  tanıyırdılar. Azərbaycanın təqdimatını elə aparırdı ki, görüşlərdə iştirak edənlər bildirirdilər ki, biz də azərbaycanlı olmaq istərdik.  Öz biliyini, davranışını elə səmimi göstərirdi ki,  hamı valeh olurdu. Onun hər bir addımı böyük sevgi idi. Heydər Əliyev xalqın arasında  olmağı, onlarla söhbəti sevirdi. Heydər Əliyevin fəaliyyəti bir örnəkdir. O, böyük bir tarixdir. Onun özü böyük bir tarixçi idi. Özünün fəaliyyəti ilə böyük bir tarix kitabını yazıb. Hamı deyir, Ulu Öndərin haqqında kitab yazmaq lazımdır.  Mən bunu təqdir edirəm.  Amma mən deyərdim ki, ən böyük tarix kitabını özü yazıb. Heydər Əliyev özü həyat kitabını yazıb.

   - Dilarə xanım, ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı, ölkə Prezidenti İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə adını tarixə qalib Lider kimi yazdı. Vətən müharibəsində dünyaya səs salan “Dəmir yumruq” nələri özündə ehtiva etdi?

- Mən o yumruqda xalqımızın birliyini görürəm. O milli birlikdir.  Heydər Əliyevin arzusunun reaallıqda təsdiqidir. Dünya tarixi Zəfərimizə, dəmir yunruq kimi birliyimizə heyrandır. 44 gündə Azərbaycan bütün dünyaya göstərdi ki,  qalib ölkədir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. Xalqını, dövlətini necə böyük məhəbbətlə sevirdi ki, Azərbaycana   İlham Əliyev kimi Prezidenti, dövlətini, xalqını sevən Lideri  bəxş etdi.  Cənab İlham Əliyevin həyata keçirdiyi  siyasətə hansı  töhfəni  verə bilərik, bu  barədə hər kəs düşünməlidir.  Onda Azərbaycanın gələcəyi  hər zaman parlaq, firavan olacaq. Ən əsası   müstəqilliyimiz əbədi və dönməz olacaq.  Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

   İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirin.  Hər birimiz bu işə dəstək olmalıyıq. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan bütün sahələrdə  inkişaf edir. Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətməkana çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir.

Paylaş
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31