Azərbaycanın yaratdığı və Fransanın barışmalı olduğu yeni geosiyasi reallıq
06.02.2022 [10:05]
Taleh AĞAVERDİYEV
Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Tədbirin gündəliyinə uyğun olaraq iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. Videokonfransdan sonra Şarl Mişel və Emmanuel Makron bəyanatla çıxış ediblər. “Aİ və Fransa firavan, təhlükəsiz və sabit Cənubi Qafqazın qurulması üçün ATƏT də daxil olmaqla, digər tərəfdaşlarla işləməyə sadiqdirlər”, - bəyanatda deyilir.
Bəhs olunan reallıq fonunda diqqət yetirilməli olan bir sıra vacib məqamlar var. Ondan başlayaq ki, bu, Makronun əvvəlki mövqeyini kəskin şəkildə dəyişdirərək Azərbaycanla münasibətləri bərpa etmək üçün ilk cəhdi deyil. Xatırlayırıq ki, 44 günlük müharibə zamanı Azərbaycan Ermənistanın müttəfiqləri, ilk növbədə, Fransa tərəfindən təzyiqlərlə üzləşdi. Xüsusilə, Fransa Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi, Fransa hökumətinə hətta Ermənistan tərəfindən də tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımağı təklif edən qətnaməni xatırlaya bilərik. Makronun 44 günlük müharibədə Azərbaycanın tərəfində vuruşduğu iddia edilən “Suriyadan olan yaraqlılar”la bağlı əsassız açıqlamaları da unudulmayıb.
Bütün bunlara baxmayaraq, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan milli maraqlarımıza cavab verən gündəliyi inamla irəli sürdü. Ötən ilin dekabr ayında Belçikanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra Makronun konstruktiv fikirlər səsləndirdi. Bu, 44 günlük müharibədən sonra regionda yeni situasiyanın yaranmasının Paris tərəfindən etirafı idi. Erməni icmasının onun üçün vacibliyinə baxmayaraq, Fransa bu faktı dərk edib və onun əsasında hərəkət etməyə məcburdur. Azərbaycan yaratdığı yeni geostrateji reallıqları Paris qəbul etməyə bilməz. Xüsusilə də, Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra...
Yuxarıda qeyd olunan dördtərəfli görüş zamanı, həmçinin Mişel və Makronun bəyanatında Fransanın əvvəllər təkid etdiyi yararsız ATƏT-in Minsk qrupunun reanimasiyası barədə heç nə deyilmədi. Ümumiyyətlə, Minsk qrupuna istinad yer almadı. Moskvada, Soçidə, Brüsseldə keçirilən görüşlərdə də istinad edilməmişdi. Həmçinin bəyanatda “Qarabağ münaqişəsi”nin həlli ilə bağlı heç bir məqam yer almadı, “Qarabağ” və “Dağlıq Qarabağ” ifadələri əks olunmadı. Bu, bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir. Bu isə məntiqə və Azərbaycanın irəli sürdüyü gündəmə tam uyğundur, çünki 44 günlük müharibənin nəticələrinə görə heç bir “status”dan söhbət gedə bilməz.
Bütün bunlar onu deməyə əsas verir ki, Brüssel və Paris Azərbaycanın mövqeyi və ölkəmizin yaratdığı yeni geosiyasi reallıqla barışıb. Bundan sonra yalnız Brüsseldə təsbit olunmuş sülh gündəliyi var. Bu gündəlik Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, ərazinin minalardan təmizlənməsində Azərbaycana yardımı və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir. Prezident İlham Əliyev videokonfrans zamanı bu məsələlər ilə bağlı Azərbaycanın mövqeyini bir daha vurğuladı. Müzakirələr zamanı dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi diqqət verdi.
İngilis dövlət xadimi Henri Con Templin dediyi kimi, nə əbədi müttəfiqlər, nə də daimi düşmənlər var, lakin bizim maraqlarımız daimi və əbədidir, onları qorumaq borcumuzdur. Bu sözlər hər zaman və hər yerdə öz milli maraqlarını müdafiə edən hər bir dövlətin siyasətini dəqiq səciyyələndirir. Prezident İlham Əliyev məhz belə praqmatik, öz dövlətinin maraqlarını müdafiə edən qətiyyətli siyasətçidir və o, Azərbaycanın həm döyüş meydanında, həm də danışıqlar masası arxasında qələbələr qazanmağa qadir olduğunu bir daha sübut etdi.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

