Hələ dialoq şansı var
06.03.2022 [09:40]
Türkiyə xarici işlər nazirinin Bakı səfəri
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək və geniştərkibli görüş olub. Görüşdən sonra iki ölkənin xarici işlər naziri birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirirb ki, 44 günlük Vətən müharibəsi iki ölkə arasında qardaşlığın təzahürü oldu. “Bu müddət ərzində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi çox önəmli oldu”, - deyə nazir bildirib. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətlərinin bu qədər yüksək olmasında iki ölkə liderlərinin böyük rolu var.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir, və keçirilən görüş zamanı iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyəsi 12 faiz artaraq 5 milyard dollara yaxındır. Ancaq potensial bundan daha böyükdur. Növbəti illərdə bir daha böyük rəqəmlərin şahidi olacağıq”.
Mətbuat konfransı zamanı Azərbaycan və Türkiyənin Ermənistanla münasibətləri məsələsinə də toxunuldu. Ceyhun Bayramov bildirdi ki, Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Onun sözlərinə görə, bu imkanlar Ermənistan üçün bir fürsətdir və Ermənistan hərbi-siyasi rəhbərliyi bu fürsətdən necə istifadə etmək barədə qərar verməlidir. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır və Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə arasında tam koordinasiya var. M.Çavuşoğlu bu koordinasiyanın bundan sonra da davam etməli olduğunu və Zəngəzur dəhlizinin reallaşmasının önəmliyini qeyd edib.
O əlavə edib ki, Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir, Ermənistan da bu məsələdə adekvat mövqe sərgiləməlidir.
Eyni zaman bildirildi ki, gələn həftə Azərbaycan nümayəndə heyəti Antalya Diplomatik forumuna qatılacaq.
Ceyhun Bayramov qeyd etdi ki, Türkiyənin xarici işlər naziri ilə görüş zamanı Ukrayna hadisələri ətrafında müzakirələr aparıldı: “Bu durum çox ciddi narahatlıq yaradır. Artıq itkilərin və qurbanların sayı durmadan artır. Həm Azərbaycan, həm də Türkiyə burada çox fəal və məsuliyyətli mövqe sərgiləyir. Azərbaycan məsələnin beynəlxalq hüquq prinsiplərinə uyğun dialoq əsasında aparılmasının tərəfdarıdır”.
Mövlud Çavuşoğlu öz növbəsində bildirib ki, Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan ölkədir və bu münasibətlərdən istifadə edərək savaşın dayandırıması üçün səylərini davam etdirəcəklər: “Ukrayna hadisələrini narahatlıqla izləyirik. Ölklələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk”.
Mövlud Çavuşoğlu, Türkiyənin Ukrayna və Rusiya arasında humanitar atəşkəslə bağlı əldə olunan razılaşmanı dəstəklədiyni bildirib. Qeyd olunub ki, Türkiyə və Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsində hərtərəfli əməkdaşlıq edir.
Türkiyə rəsmisinin NATO Xarici İşlər Nazirlərinin Brüsseldə Ukrayna üzrə fövqəladə iclasından sonra ikitərəfli əlaqələri və regional hadisələri müzakirə etmək üçün dərhal Bakıya gəlməsi xüsusi diqqət çəkir. Onu da qeyd etmək lazımdır ki, bu səfər Türkiyə və Rusiya prezidentlərinin növbəti telefon danışığı ərəfəsində baş tutub. Daha əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirmişdi ki, martın 6-da Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə danışacaq. Türkiyə xarici işlər nazirinin Bakıya səfəri onu göstərir ki, ölkələrimiz Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri sıx əlaqələndirirlər.
Məlum olduğu kimi, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya başçıları ilə daim təmasda olur, ölkələr arasında atəşkəs və barışıq yaradılması üçün bütün səylərini əsirgəmirlər. Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl bildirib ki, Azərbaycan və Türkiyə liderləri ona Rusiya lideri ilə danışıqlarda vasitəçilik missiyası təklif ediblər və o, bu təşəbbüsü alqışlayır.
Hələ də dialoq şansı var. Və Azərbaycanın və Türkiyənin hər iki münaqişə tərəfləri ilə xüsusi münasibətlərini, onların geostrateji mövqeyini nəzərə alsaq, ola bilsin ki, məhz bizim ölkələrimiz bu dəhşətli müharibəni dayandıra biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

