Rayonların birləşdirilməsi niyə vacibdir?
19.04.2022 [10:13]
Növbəti rayon Xızı ola bilər
Deputat: Rayonların öz funksiyasını itirməsi birləşdirilməni zəruri edir
Günel ABBAS
Son illər ölkə ərazisində bir sıra rayonların birləşdirilməsi ilə bağlı müxtəlif təkliflər verilir, islahatlar aparılır. Bu yaxınlarda Nizami və Kəpəz rayonlarının Gəncəyə birləşdirilməsi məsələni yenidən gündəmə gətirdi. Məlumdur ki, rayonların sayının çox olması büdcədən ayrılan vəsaitin artması ilə nəticələnir. Dotasiyanı mümkün qədər azaltmaq üçün həyata keçirilən islahatlara artıq start verilib. Hazırda rayonların inzibati ərazilərinin formalaşdırılması istiqamətində işlər aparılır. Formalaşdırma prosesi daha çox həmin regionların sosial-iqtisadi potensialı, əhalinin məşğulluq səviyyəsi və təbii resursları əhatə edir. Bu məsələnin reallaşması üçün isə dərin iqtisadi, texniki analiz aparılmalı, mövcud şəraiti nəzərə alaraq, addımlar atılmalıdır. Prosesə cəlb edilən rayonların idarəetməsində problemlər olur, onlar iqtisadi cəhətdən özlərini doğrultmurlar. Bu mənada hazırda rayon icra hakimiyyətlərinin birləşdirilməsi ilə bağlı müxtəlif təkliflər də var.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yeni Azərbaycan”a bildirib ki, prosesin şamil olunacağı növbəti rayon Xızı ola bilər, ancaq son qərar Cənab Prezidentindir. Onun sözlərinə görə, mərhələli şəkildə bu cür rayonları birləşdirmək mümkündür: “1990-cı illərdə böyük rayonları iki hissəyə bölərək 10-a yaxın rayon yaradılıb. Əvvəllər ölkədə 8 zona yaradılması ilə bağlı fikirlər var idi, sonradan iqtisadi zonalar yaradıldı. Hazırda islahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq. Son illər əhalinin idarəetmə prosesində iştirakını asanlaşdıran addımlar atılır, buna elektron hökumət portalını misal göstərmək olar”.
Deputat qeyd edib ki, bəzi rayonların hissə-hissə öz funksiyasını itirməsi onların birləşdirilməsini zəruri edir: “Gələcəkdə öz daxili idarəetməsini həyata keçirən rayonların sayını artırmaq üçün çalışmalıyıq. İnzibati rayonlarda işlər elə qurulmalıdır ki, rayonun hökumətdən dotasiyası azalsın. Yeni müəssisələr tikilməli, xidmət sahələri yaradılmalıdır. Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər”.
S.Novruzov vurğulayıb ki, kiçik rayonların birləşdirilərək daha səmərəli idarə olunması həm iqtisadi, həm də sosial cəhətdən faydalı olar: “Bu, birmənalı olaraq regionların inkişafına stimul verəcək. Çünki xərclə gəlir arasındakı fərqin büdcədən ödənilməsi regionlarda istehsal sektorlarının inkişafına imkan vermir. Rayonların birləşdirilməsi həm də dotasiyalaşdırma mexanizminə son qoyacaq ki, bu da özlüyündə büdcədəki ağırlığı aradan qaldıracaq. Nəticədə bundan sonra rayonlar yerli büdcə hesabına inkişaf edəcəklər. Eyni zamanda, Bakı ilə regionlar arasında iqtisadi fərq aradan qalxacaq və regionlara xarici investisiyaların cəlb edilməsi ilə iş yerləri yaradılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

