Baş Prokurorluq qanunvericilikdə narkotiklərlə bağlı cəzaların dəyişdilməsinə aydınlıq gətirib
11.05.2022 [12:15]
Baş Prokurorluq qanunvericilikdə narkotiklərlə bağlı cəzaların dəyişdilməsinə aydınlıq gətirib.
Qurumun Mətbuat Xidmətindən "Report"a daxil olan məlumatda deyilir:
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir.
Son günlər sosial şəbəkələrdə Milli Məclis tərəfindən qəbul edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanunlar düzgün təbliğ edilməməklə, “şəxsi istehlak miqdarında” ifadəsinin “az miqdarda” ifadəsi ilə əvəz edilməsi barədə məlumat mətbuatda “az miqdarda” narkotikdən istifadəyə görə cinayət məsuliyyətinin ləğv edilməsi” kimi səhv təsəvvürün formalaşdırılmasına şərait yaradıb.
Bununla əlaqədar bildirilir ki, qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət, həmin əməllərin şəxsi istehlak miqdarında törədilməsinə görə isə inzibati məsuliyyət müəyyən edilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Bununla belə, Cinayət Məcəlləsinin qüvvədə olan 234.1-ci maddəsində əksini tapmış “narkotik vasitələr” anlayışı tərkibində narkotik maddələr olan bitkiləri də əhatə etməli olduğu halda, bitkilərin “şəxsi istehlak miqdarı”nın müəyyən edilməsi mümkün olmadığından qeyd olunan əməllər həmin maddə ilə tövsif edilmir.
Bu isə təcrübədə müəyyən çətinliklərə səbəb olmaqla, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri (onların hissələrini) toplama və ya digər üsullarla əldə etmə, saxlama və daşıma əməllərinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin, satış məqsədi olmadan külli miqdarda və ümumiyyətlə məqsədindən asılı olmayaraq xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməllərə görə məsuliyyətin daha da ağırlaşdırılması zərurəti yaradıb.
Göstərilənlərə əsasən, vahid terminologiyanın tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisində 3 oxunuşdan keçərək qəbul olunmuş dəyişikliklərdə yuxarıda qeyd edilən maddələr üzrə “şəxsi istehlak miqdarında” sözləri “az miqdarda” sözləri ilə, “şəxsi istehlak miqdarından artıq miqdar” sözləri isə “xeyli miqdar” sözləri ilə əvəz olunmuş, “külli” və “xüsusilə külli” miqdarlarla bağlı cinayət məsuliyyətinin sərtləşdirilməsini nəzərdə tutan zəruri dəyişikliklər edilib.
Göründüyü kimi qeyd olunan dəyişikliklər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin dekriminallaşdırması deyil, əksinə qeyd olunan sahədə bütün ictimai təhlükəli əməllər üzrə məsuliyyətin labüdlüyünün təmin edilməsi üçün edilib".
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

