Oktay Kabasakal: “Şagirdlərimiz Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”
12.05.2022 [10:38]
Sevil Hılalqızı Ünal
Ankarada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan məktəbdə Ulu Öndərin doğumunun 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da başda olmaqla, səfirliyin bir qrup əməkdaşının iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyevin anadan olması şərəfinə şagirdlər arasında keçirilən şeir, rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimində Nəcibə Nəsibova, məktəbin direktoru Oktay Kabasakal, Türkiyənin Təhsil Nazirliyinin Yenimahalle rayon şöbəsinin müdiri Kadir Güneş iştirak edib.
Tədbirdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verilib, Ulu Öndərin xatirəsinə şeirlər və mahnılar səsləndirilib.
Məktəbin foyesində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkilatçılığı ilə hazırlanmış Heydər Əliyevin həyatını, fəaliyyətini və Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən fotosərgi nümayiş etdirilib.
Məktəbin direktoru Oktay Kabasakal “Yeni Azərbaycan”a açıqlamasında təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib.
Bildirib ki, 17 sinif sayı ilə əsası 1987-ci ildə ibtidai məktəb olaraq qoyulan bu təhsil müəssisəsi 2003-2004-ci tədris ilində 27 siniflə genişləndirilmiş fəaliyyətə başlayıb.
17 yanvar 2006-cı ildə Ankara Valiliyi ilə Azərbaycanın Türkiyədəki səfirliyi arasında bağlanan sazişə uyğun olaraq “Qardaş Məktəb Layihəsi” çərçivəsində bu müəssisənin adı dəyişdirilərək “Heydər Əliyev ibtidai məktəbi” adlandırılıb.
6 noyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Ankara şəhər Təhsil İdarəsinin rəhbəri Kamil Aydoğanla birgə bu təhsil ocağına gələrək məktəbin fəaliyyətilə yaxından maraqlanıb.
2011-2012-ci tədris ilinin sonunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR-Türkiye) şirkəti ilə Ankara şəhər Təhsil İdarəsi arasında bağlanan müqavilə əsasında məktəbdə əsaslı, zəlzələyə davamlı təmir-tikinti işləri aparılıb, sinif otaqlarının sayı 27-dən 37-yə çatdırılıb.
2012-2013 tədris ilindən isə bu təhsil müəssisəsi V-VIII sinifləri əhatə edərək daha da genişləndirilib və “Heydər Əliyev adına orta məktəb” adını alıb.
Hazırda bu məktəbdə 770 şagirdin təhsil aldığını bildirən O.Kabasakal şagirdlərin təhsil və idman sahəsi üzrə göstəricilərinin yüksək olduğunu bildirib: “Məktəbimizin qız voleybol komandası keçən il Ankara üzrə yarışlarda 4-cü yeri, oğlanlardan ibarət voleybol komandamız isə 5-ci yeri tutdular. TÜBİTAK hər il məktəbdə əyləncəli elm və tədris yarışları keçirir, bu tədbirlərdə fəal şagirdlərimiz yüksək göstəricilər nümayiş etdirirlər. Hər həftə bir saat məktəbimizdə kitab oxuma yarışları da təşkil edirik. Bundan başqa, həftədə bir dəfə siniflərin təmizliyinə görə “təmiz sinif” müəyyənləşdiririk və o sinfin şagirdlərinə məktəbimiz tətilə bağlanan zaman pulsuz muzey gəzintiləri təşkil edirik.
Şagirdlərimizin “İki dövlət, bir millət” şüarının müəllifi olan, Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə almasına çalışırıq”.
Qeyd edək ki, Türkiyənin İzmir, Adana, Qars vilayətlərində Heydər Əliyevin adını daşıyan peşə məktəbi və İğdırda bir dəqiq fənlər liseyi də fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

