Kənd Təsərrüfatı Nazirliyi: "Ölkədə buğda ehtiyatları formalaşıb"
11.06.2022 [13:38]
Azərbaycanda yeni taxılçılıq mövsümünə qədər buğda ehtiyatları formalaşıb.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, ölkədə un dəyirmanlarının yaratdıqları tələbatdan iki dəfə çox buğda rezervləri var: "Həmçinin, digər ərzaq ehtiyatları var".
F. Fikrətzadə bildirib ki, Azərbaycan ümumilikdə 1,3 milyon ton həcmində buğda idxal edir: "Bu ümumi buğda ehtiyatları balansı baxımından 40 % idxaldan asılılıq deməkdir. Amma un emalı sənayesinin tələbatına görə idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Hazırda un emalı sənayemizin emal etdiyi buğdanın 75 %-i idxal mənbələri hesabına təmin edilir. Bu isə ortalama 1,3 milyon ton deməkdir.
Düzdür, 2021-ci ildə dünya bazarında olan məhdudiyyətlərdən dolayı ölkənin idxalı müəyyən qədər azalıb. Bizim gözləntimiz budur ki, idxal mənbələrində təchizatda olan problemlər bizim un emalçılarını yerli istehsala yönəldəcək. Biz dünyanın ən böyük buğda ixrac edən ölkələrin daxil olduğu regionunda yerləşirik. Bu gün Azərbaycanın idxal etdiyi buğdanın 95 %-i Rusiya hesabına təmin edilir. Emalçılar üçün Rusiyadan buğda almaq iqtisadi baxımdan ən səmərəli model idi".
F. Fikrətzadə vurğulayıb ki, Azərbaycanda kiçik və orta fermerlərin üstünlük təşkil etdiyi bir şəraitdə, bir emal müəssisəsi 10 min ton buğdanı ölkədə tədarük etmək üçün min fermərlə razılaşma əldə etməli idi: "Amma Rusiyada hər hansı bir təsərrüfatdan yüz min ton buğdanı ala bilirdi, ən ucuz logistika ilə ölkənin un emalçıları Rusiyadan buğdanı alırlar. Rusiya buğda ixracına görə tətbiq etdiyi qiymətlər birja qiymətlərindən aşağıdır.
Emalçılar ən yaxşı təchizat mənbəyini Rusiyada görürdü. Bizim fermerlərimiz istehsal etdikləri buğda ilə heyvandarlıq təsərrüfatlarını təmin edirlər. Yəni, elə bir mühit formalaşmışdı ki, nə bizim fermerlərimiz dəyirman axtarmırdılar, emalçılar da fermer axtarışında deyil. Lakin yeni dövr qarşımıza yeni çağırış qoyub".
O, ölkədə buğda idxalını azlatmaq üçün vacib olan məqamları açıqlayıb: "Bunun üçün yalnız iri taxılçılıq təsərrüfatlarını səfərbər etməliyik. Bəzən belə ifadə səslənir ki, biz 500 min hektarda buğda əkirik. Niyə özümüzü təmin edə bilmirik? Dünyada Rusiya, Ukrayna, Qazaxıstan, Avstraliya, Kanada kimi ölkələr taxıl ixrac edir. Bu ölkələrin orta hesabla torpaq əkini strukturu belədi ki, Avstraliyada taxıl əkilən sahələr 4min hektardan başlayır. Rusiyada orta hesabla 1 000 hektardan başlayaraq sahələrdə taxıl əkilir. Taxılçılıq təsərrüfatları böyük olmalıdır. Bizim taxılçılıq üzrə yerli xüsusiyyətlər ondan ibarətdir ki, bizdə 1996-1998-ci ildə sosial ədalət prinsipinə uyğun olaraq torpaq islahatı aparılıb. Ölkədə ortalama taxıl üzrə əkin sahəsi 1,85hektardır. Ona görə də strateji hədəf iri taxılçılıq təsərrüfatlarının yaradılmasında görürük. Dövlət üçün iri taxılçılıq təsərrüfatları maraqlıdır".
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34

