ÜST və USAID Azərbaycanda daha bir layihəyə başlayıb
20.06.2022 [15:30]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkədə təcili tibbi yardımın və infeksiyanın qarşısının alınması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş yeni layihəyə başlayıb.
"Report" xəbər verir ki, USAID-in maliyyələşdirdiyi 3,35 milyon dollar dəyərində olan layihə ÜST-ün vasitəsilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Tibb Universitetinə dəstək göstərəcək.
Qeyd olunub ki, “Azərbaycanda Təcili Tibbi Yardım və İnfeksiyaların Qarşısının alınması və Nəzarət Sistemlərinin Gücləndirilməsi” layihə çərçivəsində hər iki sistem üçün idarəetmə strukturları, milli strategiyalar, standartlar və prosedurlar dəstəklənəcək, Azərbaycan Tibb Universitetində, tibb kolleclərində və digər təhsil müəssisələrində müvafiq təhsil proqramları yaradılacaq.
Həmçinin yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə hər iki sahədə mövcud və potensial işçi qüvvəsinin bilikləri təkmilləşdiriləcək, Sumqayıtda təlim və simulyasiya mərkəzinin əsası qoyulacaq, milli infeksiyanın qarşısının alınması və nəzarət komitəsi, o cümlədən xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirən milli istinad laboratoriyası yaradılacaq.
“COVID-19-un bizə öyrətdiyi əsas dərs odur ki, tibb işçilərini, xəstələri və daha geniş ictimaiyyəti yoluxucu xəstəliklərdən qorumaq istəyiriksə, infeksiyanın qarşısının alınması və nəzarətə bütün səviyyələrdə səhiyyə sistemlərinin tərkib hissəsi kimi yanaşmalıyıq. Mövcud pandemiya kimi fövqəladə hallarda cəmiyyətin artan ehtiyaclarına cavab verə bilmək üçün daha təkmil təcili tibbi yardıma və yaxşı təlim keçmiş işçilərə ehtiyacımız var. İnanırıq ki, bu layihə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi ilə bağlı səylərimizdə bizə daha böyük təkan verəcək”, - ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib.
USAID-in missiya direktoru Caydev Sinqx bildirib ki, Azərbaycanda Pandemiyaya qarşı mübarizə layihəsi ABŞ və Azərbaycan arasında 30 illik davamlı tərəfdaşlığın bariz nümunəsidir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bu günə qədər əhalinin sağlamlığı ilə bağlı fövqəladə halların qarşısının alınması, hazırlığın görülməsi, aşkar edilməsi və gücləndirilməsi məqsədilə Azərbaycanla sıx əməkdaşlıq edərək bir sıra layihələr həyata keçirib. Budəfəki layihə ÜST və USAID-in Azərbaycan səhiyyəsinə davamlı dəstəyinin tərkib hissəsidir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

