Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda vicdan azadlığı tam şəkildə təmin edilir

Azərbaycanda vicdan azadlığı tam şəkildə təmin edilir

29.06.2022 [10:25]

Hər kəsin mediada vicdan azadlığı kontekstindən çıxış etmək hüququ var

Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, respublikamızda din-dövlət münasibətləri cəmiyyətdə təşəkkül tapmış dəyərlərə və ölkənin milli maraqlarına uyğun tənzimlənir. Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır. Başqa sözlə, Azərbaycan dünyaya həm tolerantlıq, həm də din-dövlət münasibətləri kontekstində yeni model bəxş edib. Lakin təəssüflər olsun ki, müəyyən ideoloji qruplar dindən siyasi maraqları təmin etmək üçün istifadə edir, bu kontekstdə radikal-ekstremist çağırışlar səsləndirir, ictimai şüurla manipulyasiya edərək cəmiyyətdə ajiotaj yaratmağa çalışırlar. Onların məqsədi, şübhəsiz ki, xaos yaratmaqdır, hədəf isə bilavasitə Azərbaycan xalqı və dövlətidir.

Azərbaycanda etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür. Ona görə də ölkəmizdə sabitliyin pozulması və xaosun yaranmasında maraqlı olan qüvvələrin planları iflasa məhkumdur. Konstitusiyada da qeyd olunduğu kimi ölkəmizin hüdudlarında hər bir şəxs istədiyi dinə sitayiş edə bilər və onu başqa bir dinə sitayişə heç kim məcbur edə bilməz. Hətta dini qəbul etməyən insanların da konstitusional hüquqları bərabərdir. Amma dini qəbul etməmək hüququ kiməsə hansısa dini aşağılamaq ixtiyarı vermir. Belələri bəşəri dəyərlər, azadlıq və demokratiya amalları arxasında gizlənməyə çalışsalar da, unutmaq olmaz ki, onlar əsl antimilli ünsürlərdir.

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsində siyasəti beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır.

Ölkə başçısı dini etiqad və vicdan azadlığının təminatına böyük önəm verir

Bütün müasir demokratik dövlətlər kimi Azərbaycan Respublikası fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin edir və qoruyur. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı zəruri qabaqlayıcı tədbirləri görür, bu istiqamətdə bütün səyləri dəstəkləyir. Ölkə başçısı İlham Əliyev öz çıxışlarında bildirir ki, Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Prezident İlham Əliyevin 25 noyabr 2020-ci il tarixli çıxışında da bildirdiyi kimi, həm məscidlər, həm də kilsələr tarixi sərvətimizdir. Ölkəmizdə bütün dini abidələrə eyni qayğı göstərilir, bölgələrdə məscidlər, sinaqoqlar, kilsələr yan-yana tikilir. Prezidentin yürütdüyü siyasət rəhbər götürülərək ölkəmiz bu gün dinin birləşdirici amil olduğu nadir ölkələrdəndir.

Dövlət başçısı İlham Əliyevin dini irsin qorunub saxlanmasına xüsusi həssaslıqla yanaşdığını qeyd etmək lazımdır. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Həmin vaxtdan bu komitə ölkədə dinin yanlış formada təbliğ edilməsinə qarşı mübarizə apararaq dini məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Eləcə də, Prezident İlham Əliyev Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi ili” elan edib. Bu sərəncamların dövlət başçısı tərəfindən imzalanması onu göstərir ki, Azərbaycanda milli-mənəvi və dini dəyərlərin təbliğ edilməsinin xüsusi əhəmiyyəti var.

Ölkəmizdə bütün dinlərə, xüsusən islam dininə xüsusi münasibət var. Dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dini-mənəvi dəyərlərə qarşı göstərilən yüksək münasibət hər kəsə məlumdur. Hazırda işğaldan azad edilən bütün torpaqlarda məscidlərin inşa edilməsi bu diqqətin, qayğının göstəricilərindən biridir. Prezident İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilən bütün torpaqlara səfər edərkən, ilk növbədə, məscidləri ziyarət edir, dualar oxuyurlar. Bu da ölkədə dinə qarşı nümunəvi münasibətin formalaşmasına təkan verir. Nəzərə alsaq ki, dindən sui-istifadə etmək istəyənlərin sayı artır, bu, indiki dövrdə çox zəruridir. Azərbaycanda dini təbliğat həm də baş tutan beynəlxalq tədbirlərlə özünü göstərir. İslam Həmrəyliyi oyunları məhz bu qəbildən olan mötəbər tədbirlərdəndir. Hansı ki, həmin tədbirin təşkilinə xaricdən gələn din xadimləri heyrətlə yanaşırdı. Çünki böyük və inkişaf etmiş ölkələrin çoxunda dinə qarşı belə nümunəvi münasibətlər sistemi mövcud deyil.

Media vicdan azadlığının təminatında əsas komponentlərdən biri kimi

İnsanın hansısa dini inancı ola və ya heç bir dinə etiqadı olmaya (ateist) bilər. Hazırda Azərbaycanda dinə inananlar çox olsa da, inanmayanlar da az deyil. Ona görə də insanların mediada etik qaydalar çərçivəsində fikirlərini ifadə etməsinə eyni şərait yaradılır. Göz önündədir ki, Azərbaycanda bu məsələlər yüksək səviyyədə tənzimlənərək həyata keçirilir. Bütün kommunikasiya vasitələrində insanların dini fikirlərini ifadə etməyə, dini təbliğata yer verilir. Son illərdə Mətbuat Şurası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə media və din mövzusunda müxtəlif səpkidə seminarlar, görüşlər keçirirlər. Bu formada bir araya gəlməyin müsbət tərəfləri var. Jurnalistlər mediada dini məlumatları yerləşdirərkən nəyin zərərli, nəyin faydalı olacağı ilə tanış olurlar.

Medianın dinin təbliğ edilməsinə qoşulması o deməkdir ki, artıq dini məscidlərdən çıxarıb ictimailəşdiririk. Bu da çox yaxşı haldır. Demək olar ki, son illərdə din və medianın birgə fəaliyyəti dini biliklərin insanlara daha düzgün ötürülməsinə şərait yaradıb. Bu məsələdə media və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi dini mövzuların təbliğini uyğunlaşdıra, onu düzgün şəkildə ictimaiyyətə təqdim etdikcə daha yaxşı nəticələr əldə edəcəyik. Bundan sonrakı dövrdə “Media haqqında” qanunun tətbiqi zamanı dini təbliğat məsələləri də müəyyən bir çərçivədə olacaq. Çünki İlham Əliyevin fevralın 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə imzaladığı fərman medianın inkişaf dinamikasının artmasına daha bir sütun oldu. Qeyd etmək lazımdır ki, “Media haqqında” qanun bu günə qədər qanunun təsir qüvvəsindən kənarda qalan məsələləri tənzimləyir. Digər tərəfdən isə, artıq tənzimlənən münasibətlərin yeni nizamasalma mexanizmlərini müəyyənləşdirir. Bu o deməkdir ki, konstitusiyada əvvəlcədən nəzərdə tutulan bəzi məsələlərin daha geniş tətbiqinə şərait yaranır.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Günel ABBAS

Paylaş:
Baxılıb: 117 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31