III Yay Düşərgəsinin ünvanı - ŞUŞA
03.08.2022 [10:27]
Mədəniyyət paytaxtımıza toplaşan diaspor gəncləri təəssüratlarını “Yeni Azərbaycan”la bölüşdülər
Günel ABBAS
İşğaldan azad edilən ərazilərimizdə beynəlxalq tədbirlərin keçirilməsi dövlətimizin prioritetlərindəndir. Təsadüfi deyil ki, “Şuşa İli” çərçivəsində və Şuşanın 270 illik yubileyi münasibətilə əhəmiyyətli tədbirlərin əksəriyyəti məhz Şuşa şəhərində keçirilir. Bakıda baş tutan tədbirlərin isə bir çoxunun Şuşa sessiyası təşkil olunur. Bu, həm işğaldan azad olunmuş ərazilərin dünyaya inteqrasiyası, həm bu bölgələrdə erməni vandalizmini ayrı-ayrı xalqlara əyani göstərmək, həm də ərazilərdə yenidənqurma işlərinin nümayiş etdirilməsi baxımından vacibdir.
Şuşa şəhərinin ev sahibliyi etdiyi növbəti tədbir Diaspor Gənclərinin III Yay Düşərgəsidir. Avqustun 2-də Düşərgə iştirakçıları Şuşaya səfər ediblər. Səfərdə 50 ölkəni təmsil edən 115 nəfər düşərgə iştirakçısı dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri Şuşaya çatanadək erməni silahlı birləşmələrinin Qarabağda törətdikləri vandalizm aktlarının, eləcə də hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-abadlıq işlərinin şahidi olublar. Qeyd edək ki, bu layihə Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində həyata keçirilir. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. 2-8 avqust tarixini əhatə edəcək düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edəcəklər. Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxildir.
Hazırda Şuşada olan və bu yerlərin əzəmətini, gözəlliyini öz gözləri ilə müşahidə edən gənclər təəssüratlarını “Yeni Azərbaycan”la bölüşüblər.
Polşanın qədim təhsil ocaqlarından biri olan Vrotslav Universitetinin doktorantı, jurnalist Suliddin Bağırov hesab edir ki, diaspor gənclərinin Şuşada bir araya gəlməsi tarixi hadisədir: “Bu tarixi hadisənin bir parçası olmaq qürurvericidir. Xoşbəxt gənclərik ki, mədəniyyətimizin, kimliyimizin və Zəfərimizin qalasında diasporumuzun möhkəmlənməsi və ölkəmizin təbliğatı üçün toplaşırıq. Bu, Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği üçün bənzərsiz fürsətdir”.
Slovakiyada yaşayan soydaşımız Şamil Abbaslı bildirib ki, Şuşaya səfəri həyəcanla gözləyib: “Bu, mənim işğaldan azad olunmuş torpaqlarımıza ilk səfərimdir. Bu səfərin Azərbaycan tarixində çox önəmli yer tutan Şuşa şəhərinə olması ikiqat sevinc doğurur. Qarabağ bölgəsi, eləcə də 270 illik tarixə malik Şuşa şəhəri haqqında çox eşitmişəm, bu gün isə öz gözlərimlə görmək qismət oldu. 30 illik işğal dövründə bütün deyilənlər ürəyimizi ağrıdırdı. İndi isə biz könül açıqlığı və sevinc dolu göz yaşları ilə Şuşaya getmək şansına malikik. Bu gənclərdən biri olduğum üçün çox qürurluyam”.
Latviyada yaşayan Azərbaycan icmasının üzvü Mədinə Mustafayeva düşərgəyə seçilənlər arasında olduğuna görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Heydər Əliyev Fonduna minnətdarlıq edib: “Xaricdə yaşayan azərbaycanlılara elə nadir fürsət yaradılıb ki, biz doğma Şuşamıza, Qarabağımıza illər sonra qədəm qoya bildik. Bu, çox dəyərlidir. Şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq. Heç kim unudulmayıb!”
Finlandiyada Azərbaycan həqiqətlərini fəal şəkildə təbliğ edən Şəfiqə Qasımzadə bildirib ki, bu dəfə Azərbaycana gəlişi tamamilə başqa məqsəd daşıyır: “Mən Şuşada keçiriləcək “Diaspor Gənclərinin III Yay Düşərgəsi”ndə iştirak etmək məqsədilə təşkilatçılara müraciət etdim. Çox xoşbəxtəm ki, seçilmişəm. Bu gün qürur hissi ilə Şuşadayam. Vətənimizin döyünən ürəyi Şuşada gördüyüm bu möhtəşəm mənzərəni xarici dostlarıma və Finlandiya cəmiyyətinə daha ətraflı şəkildə çatdıracağam. Layihəyə çox böyük gözləntilərlə qatılmışam, buna görə də təşkilatçılara təşəkkürümü bildirirəm”.
Macarıstanda yaşayan gənclərimizi təmsil edən Ayxan Səmədov bildirib ki, şəxsi səbəblərə görə I və II Yay düşərgələrində iştirak edə bilməyib: “Bu imkanı məhz “Şuşa İli”ndə yaratdıqları üçün bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Bütün təşkilati məsələlərin öncədən yüksək səviyyədə düşünülməsi, o cümlədən iştirakçıların seçimi, onların layihə barədə məlumatlandırılması prosesləri qibtə doğurur. Layihənin mahiyyəti çox maraqlıdır. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları bir araya gətirir, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir. Bunu birbaşa dərslikdən, kitabdan oxumaq, videodan izləməkdən deyil, birbaşa Qarabağın incisi olan Şuşada tarixi və müqəddəs məkanlarla tanışlıqdan başlamaq, bu məqsədin gerçəkləşdirilməsi naminə əyləncəli, informativ və intellektual üsullardan istifadə edilməsi möhtəşəm ideyadır. Üstəlik, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ailələrinin üzvləri, Şuşanın xalqımıza geri qaytarılmasında böyük qəhrəmanlıq göstərmiş cəsur qazilərimizlə və müxtəlif sahələr üzrə ekspertlərlə görüşlərin planlaşdırılması səbirsizliklə gözlədiyimiz anlardır”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

