Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ənvər Paşanın xatirəsi əbədi yaşayacaq

Ənvər Paşanın xatirəsi əbədi yaşayacaq

04.08.2022 [11:01]

Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim, general Ənvər paşanın bu gün xatirə günüdür. Bakının erməni-bolşevik işğalından azad edilməsində xüsusi rolu olan hərbi nazir Ənvər Paşa 1918-ci ildə qardaşı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsini məsləhət görür. Belə ki, hələ 1917-ci ilin aprel ayının əvvəlində Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa Batum şəhərinə gələrək burada Azərbaycan nümayəndələri ilə görüşdü. Azərbaycan nümayəndə heyətinin Ənvər paşadan yardım istəməsi ilə Ənvər paşanın Qafqaz siyasəti üst-üstə düşürdü. Ənvər paşanın Qafqazda islam dövləti qurmaq və Osmanlı ilə Sovet Rusiyası arasında bir bufer dövlət yaratmaq siyasəti Qafqaz türklərinin, o cümlədən azərbaycanlıların müdafiə olunmasını zəruri edirdi.

Qafqaz İslam Ordusunu yaratdı

1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Ənvər paşa Qafqaz yürüşünü Osmanlı Ordusunun hərbi əməliyyatı kimi yox, qurulacaq ordunun azərbaycanlılardan təşkil edilməsi kimi təbliğ edirdi. Qurulan orduya Qafqaz İslam Ordusu adının verilməsi Almaniyanı şübhələndirməmək üçün seçilmiş bir fənd idi.

Qafqaz hərəkatının uğurlu alınmasını təmin etmək məqsədilə...

Nuru paşanın Azərbaycana yürüşü ərəfəsində azərbaycanlılardan təşkil olunmuş korpusda şəxsi heyətin sayı həddən ziyadə az idi. Korpusda cəmi 1000 nəfərə qədər əsgər və zabit var idi və onların da yarısı türk əsirləri idi. Beləliklə, Nuru paşa Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyinə əmin oldu. Bununla bağlı o, Ənvər paşaya müraciət edərək Azərbaycanda mövcud olan qüvvələrlə Qafqaz İslam Ordusunun komandanlığı qarşısında qoyulan vəzifələrin həllinin qeyri-mümkün olduğunu bildirdi. Bütün bunları diqqətlə izləyən Ənvər paşa Şərq orduları qrupunda yerləşən Beşinci Qafqaz diviziyasının Qafqaz İslam Ordusunun tərkibinə daxil edilməsi əmrini verdi. Beşinci Qafqaz diviziyasının tərkibində 257 zabit, 5575 süvari var idi. Artıq Nuru paşanın əmrində iş görə biləcək nizamlı bir qüvvə mövcud idi. Ancaq Nuru paşa 1918-ci il iyunun 20-də Ənvər paşaya göndərdiyi növbəti məktubunda əlavə olaraq 20 min tüfəng, hərbi sursat, bundan başqa nizamlı qüvvə və süvari qoşun təşkil etmək üçün zabit kadrlarına ehtiyacı olduğunu bildirmişdi. Bütün bunları nəzərə alan Ənvər paşa Qafqaz hərəkatının tam uğurlu alınmasını təmin etmək məqsədilə 15-ci piyada diviziyasını da Qafqaz İslam Ordusunun sərəncamına göndərdi.

Türk qoşun hissələri Azərbaycana gəldiyi gündən qaynar döyüş şəraitinə düşdülər. Şaumyan Gəncədə fəaliyyətə başlayan AXC hökumətini məhv etmək üçün bütün gücü ilə hücuma keçmişdi. Gəncə ermənilərinin tərk-silah edilməsinə Nuru paşanın əmri ilə iyunun 10-da başlandı. Türk qoşun hissələri 3 gün ərzində erməni məhəlləsini mühasirədə saxlayaraq tərk-silahı başa çatdırdılar. Beləliklə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırıldı.

1918-ci il mayın 11-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından bir az əvvəl Şimali Qafqaz Cümhuriyyəti elan edildi. Ənvər paşa Qafqaz maraqlarını təmin etmək məqsədilə Şimali Qafqaz Cümhuriyyətini tanıdı və bu dövlətə hərbi yardım göstərilməsi ilə bağlı tapşırıq verdi.

“Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm”

Beləliklə, sentyabrın 15-i saat 15:00-dan sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsi ilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin. Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular qrupu komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyirdi: “Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm”.

“Xəbəri böyük bir sevinc və mutluluqla qarşıladım”

Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.

1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu.

Ənvər paşa 4 avqust 1922-ci ildə Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə vəfat edib. Çeğen kəndində dəfn edilib. Nəşi 3 avqust 1996-cı ildə İstanbula gətirilib.

Babam Ənvər paşa üçün vicdan borcu idi

“Babalarım Ənvər paşanın və Nuru paşanın ruhu Azərbaycandadır. Babam Ənvər paşanın bu qərarı verməsinə yalnız bir səbəb var idi - Azərbaycandakı qardaşlarını erməni daşnaklarından xilas etmək”.

Bu fikirləri Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan müsahibəsində bildirmişdi. Arzu xanım qeyd edib ki, 1918-ci ildə Bakıda erməni daşnakları ilə mübarizə türk əsgəri üçün vicdan borcuna çevrilmişdi...

M.BAYRAMLI

Paylaş:
Baxılıb: 70 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31