/ / İKT sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları müzakirə olunub
İKT sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları müzakirə olunub
26.08.2022 [11:54]
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) nümayəndələri ilə görüş keçirilib.
Assosiasiyanın sədri Elvin Abbasov, Assosiasiyaya üzv şirkətlərin rəhbərləri və Sahibkarlığın İnkişafı Fondununun İdarə Heyəti sədrinin müavini Eldar Həmidovun iştirakı ilə keçirilən görüşdə Fondun təklif etdiyi dəstək mexanizmləri baradə müzakirələr aparılıb.
Görüşdə çıxış edən E.Abbasov bildirib ki, görüşün əsas məqsədi İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin inkişafına töhfə vermək, onların kredit ehtiyaclarını müəyyən etmək, həmçinin güzəştli maliyyə resurslarına çıxışını təşviq etməkdən ibarətdir. O qeyd edib ki, “Hal-hazırda dünyanın bir çox ölkələrində İKT sahəsinə xüsusi yanaşmalar mövcuddur. İKT sektorunun inkişafı üçün imtiyazlar, güzəştlər və bir çox təşviq mexanizmləri yaradılmışdır, bu təcrübələr həmin ölkələrin İKT sektorunun inkişafında böyük rol oynamışdır.
Görüşdə Fondun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov təmsil olunduğu qurumun dəstək mexanizmləri barədə ətraflı məlumat verib. Bildirib ki, Sahibkarlığın İnkişafı Fondunun əsas məqsədi ölkədə sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
Görüşdə həmçinin güzəştli kreditlərin əldə olunması zamanı sahibkarların üzləşdikləri problemlər, kredit təşkilatlarının girov tələbləri, kredit əldə etmək üçün tələb olunan sənədlər və digər prosedur məsələlərinə də toxunulub.
Sonda SİF və Assosiasiya arasında əməkdaşlıq çərçivəsində görüşlərin bundan sonra da keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

