Şuşa ilə qardaşlaşan şəhərlərdə bu plakatlar olsun-TƏKLİF
27.08.2022 [07:17]
Yeganə BAYRAMOVA
Məlum olduğu kimi, avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda rəsmi səfərdə oldu. Tokayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə baş tutan geniş tərkibdə görüşündən sonra dövlət başçıları bir sıra mühüm sənədlərə imza atıblar. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da var.
Qardaşlaşmış şəhər anlayışı
Qardaşlaşmış şəhərlər coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olub. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanıb. Avropada bu söz müxtəlif variantlarda səslənir. Adətən əkiz, dostluq və partnyor şəhərlər deyə də adlandırılır. Şimali Amerika, Asiya və Avstraliyada “sister cities”, yəni “bacı şəhərlər”, Avropa və Amerikada isə “brothers cities”, yəni “qardaş şəhərlər” ifadəsindən də istifadə olunur.
Qardaş şəhər münasibətləri daha az formal olsa da, beynəlxalq səviyyədə əməkdaşlığı inkişaf etdirmək üçün vacib bir yoldur. Bu əlaqələr yenilənmədikcə iki ildən sonra başa çatır. Qardaşlaşmış şəhərlər arasında ən çox mədəni əlaqələrin inkişaf etdiyini söyləmək olar. Çünki mədəniyyətin sərhədi və dili yoxdur.
Qardaşlaşmış şəhərlər dedikdə böyük və kiçik şəhərlər, hətta coğrafi və siyasi ərazilərdə əyalətlər arasında mədəni - iqtisadi əlaqələrin təmin edilməsi üçün əldə edilmiş müəyyən razılığın daxili və zahiri tərəfləri nəzərdə tutulur.
Xatırladaq ki, dövlətçilik və mədəniyyət tariximizdə önəmli rola malik olan Şuşa şəhəri 2021-ci ildə Türkiyənin Kayseri şəhəri ilə qardaşlaşıb.
“Yeni Azərbaycan” mövzu ilə bağlı maraqlı bir təkliflə çıxış edir. Təklif bundan ibarətdir ki, tarixi incimiz olan Şuşa şəhərinin qardaşlaşdığı digər şəhərlərdə Azərbaycan bayrağı, həmçinin Şuşa barədə mühüm məlumatları əks etdirən bilbordlar, məlumat xarakterli xüsusi lövhələr qoyulsun. Eyni zamanda Şuşada həmin şəhərlər barədə müvafiq lövhələr, bilbordlar əks edilsin. Bu, şəhərlər arasında qardaşlaşma anlayışının yalnız kağız üzərində protokol olaraq deyil, bir-birini təbliğ etmək, tanıtmaq, məlumatlandırmaq baxımından mühüm rola malikdir.
Millət vəkili Elman Məmmədov sözügedən təkliflə bağlı təəssüratlarını “Yeni Azərbaycan”la bölüşüb. Parlament üzvü təklifi dəstəklədiyini, Şuşanın qardaşlaşdığı şəhərlərdə mədəniyyət paytaxtımıza dair məlumatverici plakat və yaxud bilbordlar qoyulmasının mütərəqqi hal olacağını düşünür: “Çox gözəl və yerində düşünülmüş bir təklifdir. Şuşa tarixi incimizdir, 270 yaşı olan möhtəşəm bir şəhərimizdir. Məlumdur ki, Şuşa qalasının bünövrəsi qoyulan dövrdən bu şəhərimizin özünəməxsus emblemləri, nişanələri olub. Həmin emblemlərdən tutmuş Xarı Bülbülə qədər, bir sözlə, Şuşaya aid olan bütün incəliklər Azərbaycan bayrağı ilə birlikdə Şuşanın qardaşlaşdığı şəhərdə əks olunmalıdır. Eyni zamanda, həmin şəhərlərə məxsus məlumatlar, nişanələr, tarixi faktlar da Şuşada müvafiq bilbordlarda, lövhələrdə qeyd edilə bilər. Hər kəsə bəllidir ki, Şuşaya həddindən artıq ziyarətçilər gəlir, bundan sonra da həmin ziyarətçilərin sayı çox olacaq. Mədəniyyət paytaxtımıza üz tutan ziyarətçilərin bu cür orijinal, qeyri-adi və düşünülmüş bilbordları görməsi çox gözəl olardı. Məsələn, həmin bilbordlarda Şuşa dünyanın hansı şəhərləri ilə qardaşlaşıbsa, o şəhərlər arasında əlaqələrin öz əksini necə tapdığı, tarixi faktlar, mühüm informasiyalar qeyd edilə bilər. Həmin bilbordlar da elə yerdə olmalıdır ki, gələn ziyarətçilər onu görə bilsin. Bu baxımdan “Yeni Azərbaycan” qəzetinin təklifini sonuna qədər alqışlayıram. Düşünürəm ki, təklifin həyata keçirilməsi üçün lazım olan bütün işlər görülməlidir. Çünki bu, çox vacib haldır”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

