Deputat: Laçında Böyük Qayıdışın davamının şahidi olacağıq
22.09.2022 [13:14]
Günel ABBAS
“Cənab Prezidentin Laçına səfər etməsi və şəhərin mərkəzində üçrəngli Azərbaycan bayrağının ucaldılması tarixi bir hadisədir”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev qeyd edib ki, heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz: “Laçın 44 günlük Vətən Müharibəsi bitdikdən sonra bir güllə atmadan Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində azad olunub. Ancaq məhz Laçın şəhərinin mərkəzindən Laçın yolu keçdiyi üçün biz şəhəri tam nəzarətə götürə bilməmişdik. Lakin alternativ yol avqust ayında tikilib təhvil verildikdən sonra avqustun 26-da biz Laçın rayonu və onun ətrafındakı kəndləri nəzarətə götürdük”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Laçında maraqlı açıqlamalar verib: “Bu açıqlamalardan göründüyü kimi Azərbaycan Silahlı qüvvələrinin bütün sərhədboyu ərazilərdə yerləşməsinin tək və yeganə səbəbkarı Ermənistanın təcavüzkar və təxribatçı siyasətidir. Həmçinin Ermənistan tərəfinin irəli sürdüyü bir sıra əsassız arqumentlər var. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan əgər həmin əraziləri sərhəd hesab edirdisə, niyə həmin ərazilərdə sərhəd tikməyiblər? Aydın məsələdir ki, onlar Qarabağ və ətraf ərazilərə göz tikmişdilər. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına qətiyyən icazə verməyəcəyik. Hazırda Azərbaycan bütün sərhədboyu mövqeyini qüvvətləndirir”.
Deputat bildirib ki, öz dədə-baba torpaqlarında yaşamaq bütün azərbaycanlıların haqqıdır: “Prezidentin də qeyd etdiyi kimi bütün XIX və XX əsrin xəritələrini incələyərək tarixə baxsaq görərik ki, bu ərazilər Azərbaycan torpağıdır. Öz tarixi torpaqlarımızda yaşamaq hüququmuzu heç kim bizim əlimizdən ala bilməz. Bu halda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ayağına düşmək və beynəlxalq qurumlara sülh müqaviləsini imzalamaq istədiklərini bildirmək və dondurulmuş Brüssel və Moskva görüşlərinin ən qısa zamanda davamını bərpa etmək və sülh üçün addımlar atmaqdır.”
Deputat Prezident İlham Əliyevin laçınlılar üçün verdiyi müjdəli xəbəri də diqqətə çatdırıb: “Ən qısa zamanda laçınlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar, biz Böyük Qayıdışın davamının şahidi olacağıq. Laçına müxtəlif istiqamətlərdən avtomobil yollarının çəkilişi davam edir, eyni zamanda Laçında Beynəlxalq Hava Limanın inşası davam edir və Laçının bütün elektrik təminatları üzrə məsələləri öz həllini tapmaqdadır. Biz Qarabağ və Şərqi Zəngəzur mahalını cənnət məkana çeviririk. Heç kim bu prosesi dayandıra bilməz, heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

